|
Təlim nəticələrinin qiymətləndirilməsi
|
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Abrikotin tortunda hansı kremdən istifadə olunur?
A) Şokoladlı krem;
B) Çiyələkli krem;
C) Konfityur;
D) Xamalı krem.
2. Abrikotin tortunun keyfiyyətinə qoyulan tələblərdən hansı yanlışdır?
A) Forması - kvadrat və ya yumru;
B) Səthi - qırmızı;
C) Kənarları - biskvit qırıntılı;
D) Xəmiri - kövrək.
3. 1000 qram laylı-kremli tortun hazırlanmasında neçə qram Şarlot kremdən istifadə olunur?
A) 250;
B) 300;
C) 200;
D) 380
4. Qara qarağat tortunun keyfiyyətinə qoyulan tələblərdən hansı yanlışdır?
A) Dadı - şirin;
B) Səthi - ağ pomadka ilə şirələnmiş;
C) Xəmir - biskvit;
D) Forması - dairəvi.
5. Kremdən düz və dalğalı xətlərin çəkilməsində hansı taxmadan istifadə olunur?
A) Dişli taxma;
B) Düz kəsikli taxma;
C) Çəp kəsikli taxma;
D) Dişsiz taxma.
6. Bezedən gül hazırlanan zaman hansı qənnadı torbasından istifadə olunur?
A) Düz kəsikli 1 sm. diametr ucluqlu;
B) Çəp kəsikli 1 sm. diametr ucluqlu;
C) Dişsiz taxma;
D) Çəp kəsikli 1 sm. diametrli.