İş prinsipinə görə suqaynadıcı aparatlar fasiləli və fasiləsiz işləyən aparatlar bölünür. Fasiləli işləyən suqaynadanlarda qaynanmış suyun hazırlanması və paylanması bir-birindən vaxta görə ayrılmışdır (Şəkil 1.31). Su qaynayan kimi boşaldılır. Qabda qaynanmış su qurtarmayıbsa, soyuq su tökülmür. Failəsiz işləyən suqaynadanlarda qaynanmış suyun hazırlanması və paylanması fasiləsiz olur. Qızdırma mənbələrinə görə isə bu qrup aparatlar elektrik, qaz, buxar və bərk yanacaqla işləyən qurğulara bölünür. Hal-hazırda müəssisələrdə, əsasən, elektrik və qazla işləyən aparatlardan geniş istifadə edilir. 1.2. Mətbəx ləvazimatlarının işlək vəziyyətdə və sanitar-gigiyenik normalara uyğun olmasına nəzarət edir |
Mətbəx ləvazimatlarının normalara uyğunluğu
Gigiyena - sağlamlığın təmin olunması məqsədi ilə sanitar prinsipləri izah edir.
Mətbəx sahəsində qida istehsalı ilə məşğul olan işçi heyətinin keyfiyyətli və təhlükəsiz qida ərsəyə gətirməsi üçün qida istehsalı sahəsində sağlam iş mühitinin yaradılması və işçilərin şəxsi təmizliyi və sanitar qaydalara riayət etmələri vacibdir.
Şəxsi gigiyena qaydalarına riayət etmək və sağlam iş mühitinin təşkil olunması həm işçinin özü, həm də müştərinin sağlamlığı nöqteyi-nəzərindən vacib amillərdəndir.
Mətbəx sahələrində işləyən işçi heyəti şəxsi gigiyena qaydalarına riayət etməklə həm özü, həmdə xidmət etdiyi müştərilərin sağlamlığını təmin etmiş olur. Sanitar normaların tətbiq edildiyi iş mühiti və gigiyena qaydalarına riayət edən işçi heyəti çarpaz və ya digər yoluxma ilə mikroorqanizmlərin qidaları çirkləndirməsinin qarşısını alır. Çünki gözlə görünməyən insan sağlamlığına birbaşa müxtəlif cür təsir göstərən mikroorqanizmlər sanitar normalara uyğun olmayan mühitdə daha sürətlə çoxalır və yayılır (Şəkil 1.32). |