Qida hazırlanan yer olduğu üçün mətbəxdə sanitariya-gigiyena tələblərinə ciddi riayət etmək lazımdır. Burada işləyənin şəxsi gigiyenası və yemək hazırlanan yer, iş masası, qabqacaq və ərzaqların təmizliyi tam qaydasında olarsa, keyfiyyətli və xeyirli qida hazırlamaq olar.
Mətbəx ləvazimatlarına texniki qulluq qaydaları
Mətbəxdə işin təşkili və avadanlıqlarla təchizatı və saxlanması tələbləri ictimai iaşə müəssisələri, qida məhsulları və ərzaq xammalının hazırlanması və emalına dair sanitariya normaları, eləcə də iş zamanı əməyin mühafizəsi üzrə təlimatlara uyğun olmalıdır.
Texnoloji avadanlıqlar, ləvazimatlar, alətlər, qablar və qablaşdırma avadanlıqları sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəyə malik olan materiallardan hazırlanmalı, eləcə də xammal və hazır qida məhsulları üçün nişanlanmalıdır.
Texnoloji proses zamanı xammal və hazır qida məhsullarının təmasına yol verilmir. İstehsalat avadanlığına və hazırlıq ləvazimatlarına olan tələblər aşağıdakılardan ibarətdir:
|