Sektor modulu üzrə təlim materialı
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Mətbəxdə istifadə olunan təmizləmə avadanlıqlarının təyinatını araşdırın;
- Müasir qabyuma maşınlarında qabların yuyulmasında ardıcıl aparılan əməliyyatları araşdırın
və müzakirə edin;
- Kalibrləmə və çeşidləmə maşınlarının texnoloji təyinatını araşdırın;
- Bişmiş məhsulları xırdalayan maşınların istismar qaydası haqqında məlumat toplayın;
- Mətbəx sahələrində işçi heyətin şəxsi gigiyenası və sanitar normalara uyğun iş sahəsinin
təşkili üçün tətbiq olunmalı işləri tərtib edin;
- Qida istehsal edən mətbəxlərdə daxili sanitar qaydaları təmin etmək üçün iş sahəsində
yerinə yetirilən tələbləri araşdırın;
- Yeməkxana qabları və alətləri hazırlamaq üçün yalnız yararlı hesab edilən materialları
araşdırın;
- Qida məhsullarının hazırlanması üçün istifadə edilən elektrik avadanlıqlarını araşdırın;
- Doğrama taxtaları və kiçik taxta hissələri olan qaşıqların yuyulması zamanı aparılan
əməliyyatları araşdırın və yoldaşlarınızla müzakirə edin;
- Mətbəxdə qida hazırlanan zaman riayət edilməli qaydaları araşdırın.