1.2. Daxili sanitar qaydalarını təmin edir
Daxili sanitar qaydaları təmin etmək üçün iş sahəsində aşağıdakı tələblər
yerinə yetirilməlidir:
- Təmiz və sanitar qaydalara uyğun ayrı-ayrı bölümlərlə təmin olunmuş mətbəx sahəsinin
yaradılması;
- Təmiz su sisteminin təşkili;
- Mətbəx döşəməsində lazımı yerlərdə və lazımı sayda kanalzasiya sisteminin təşkili;
- Pest controlun təşkili;
- İş sahələrində, quru anbarlarda və servis məkanlarda havalandırma sisteminin olması və daima
işlək olması vacibdir;
- İş sahələri yetərincə aydınlandırılması təmin olunmalıdır;
- Yerlər asan yuyula və dezinfeksiya edilə bilən olmalıdır, sürüşgən olmamalı və su keçirməyən
materialdan olmalıdır;
- Tavanlar kir və nəm yığılmayacaq şəkildə olmalı, tavanların baxımı və təmiri periodik
şəkildə aparılmalı və nəzarətdə saxlanılmalıdır;
- İş sahəsində ayrı-ayrı bölümlər və ayaqyolları əl yuma yerləri, maye sabun və dezinfeksiya
maddələri ilə təmin olunmalıdır.
- Pəncərələr kir yığılmayacaq şəkildə, çürüməyə və qırılmağa davamlı materialdan hazırlanmalı.
Pəncərələrin təmizlənməsi mütəmadi aparılmalı. Pəncərə qabaqlarından rəf kimi istifadə
edilməməlidir. Çölə açıla bilən pəncərələrdə çöldən gələ biləcək ziyanvericilərin qarşısını
almaq üçün xüsüsi setkalar yerləşdirilməlidir;
- Qapılar kir yığılmayacaq şəkildə, çürüməyə və qırılmağa davamlı şəkildə olmalı. Üzü düz və
su keçirməyən, təmizlənməsi və dezinfeksiya edilməsi asan həyata keçiriləcək özəllikdə
olmalıdır;
- İş sahəsi lazımı avadanlıq və ekipmanla təmin olunmalı, üzərində qida məhsulları hazırlanan
masa, doğrama taxtaları qırıq və ya çatlaqsız olmalı;
- İstifadə olunan alət və avadanlıqların yuyulması üçün yuma otaqlarında isti və soyuq su
daima olmalı. Yuma zamanı istifadə edilən yuyucu vasitələri ilə təmin olunmalı. Yuyulduqdan
sonra alət və ya avadanlıqların yığılması üçün rəflər olmalı;
- Soyuducular və saxlanma anbarlarında soyutma sistemləri daima işlək vəziyyətdə olmalı,
sahədə olan rəflər mütəmadi olaraq təmizlik planına əsasən silinməlidir. İstifadəsi
müvəqqəti
dayandırılan və ya təmizlik planında qeyd olunan periodda soyuducular əsaslı şəkildə
təmizlənib
yuyulmalıdır.
- Qida qalıqlarının və zibillərin atılması və daşınması üçün xüsusi zibil qutuları və yerlər
təşkil edilməlidir.
Gigyena və sanitar normalara uyğun mətbəx və şəxsi gigyena qaydalarına riayət edən personal
təhlükəsiz qidanın təminatçısıdır.