Sanitariya və təhlükəsizlik qaydaları
|
Sərbəst iş üçün tapşırıqlar
|
- İstehsalatda yanğın təhlükəsizliyi qaydaları və yanğın xəbərdarlığı vasitələri barədə məlumat
toplayın və yoldaşlarınızla müzakirə edin.
- İstehsalatda qanaxmalarla yaralanmalar zamanı ilk yardım qaydaları haqqında məlumat toplayın.
- Termiki yanıq zamanı ilkin tibbi yardımın göstərilməsi metodlarını araşdırın.
- Bədbəxt hadisələrin baş verməməsi üçün şirniyyat sexinin işçilərinin istilik və mexaniki
avadanlıqları öyrənmələri barədə araşdırma aparın.
- Sınıqlar zamanı ilkin yardımın göstərilməsi haqqında tam olaraq məlumat toplayın və
yoldaşlarınızla müzakirə edin.
- "Əməyin qorunması haqqında" Qanunda nəzərdə tutulmuş iş yerində hər bir işçinin hüquqlarını
araşdırın.