Pəhriz qidalanmasının növləri
Pəhriz - xəstəliyin növündən asılı olaraq icazə verilmiş və qadağan edilmiş qida və ərzaqların daxil edilərək müəyyən edildiyi kompleks, habelə qida rejimi və ərzaqların aşpazlıq metodu ilə işlənib hazırlanmasını özündə birləşdirən gündəlik qida rasionudur.
Pəhrizin məqsədi - sekresiyanın stimulyasiyası, mədə və bağırsağın hərəkət funksiyasının normallaşdırılması və bağırsaqda qıcqırma prosesinin aşağı salınmasıdır.
Pəhrizin vəzifəsi - qan dövranını yaxşılaşdırmaq, böyrəklərin işini normallaşdırmaq və ürək-damar sistemi və həzmetmə orqanları üçün gözləmə rejimi yaratmaqdır.
Pəhriz qidalanmasının növləri:
4 №-li pəhrizdə məqsəd - bağırsaq qıcıqlandırıcılarının məhdudlaşdırılmasıdır.
4 №-li pəhriz bağırsağın ağır xəstəlikləri zamanı və xroniki kəskinləşmə dövründə təyin edilir.
9 №-li pəhrizin məqsədi insan orqanizmində karbohidrat mübadiləsini normallaşdırmaqdır.
11 №-li pəhrizi vərəm xəstələri, əməliyyatdan sonra haldan düşmüş şəxslər və yoluxucu xəstəliklərdə süd verən qadınlara ümumi qida çatışmazlığı və qan azlığı olan zaman təyin edilir.
15 №-li pəhriz xəstələrə müalicəvi pəhrizdə olduğu zamandan sonra ümumi qidalanmaya keçmək üçün onların dözümlülüyü və hazırlığını yoxlamaq üçün təyin edilir.
Pəhrizin məqsədi - xəstəxana şəraitində fizioloji qidalanmanın dəyərliliyini saxlamaqdır.
Pəhriz yeməklərinin hazırlanma xüsusiyyətləri
Müalicəvi qidalanma yeməkləri üçün ərzaqların texnoloji yolla hazırlanması ilə gözləmə rejimi təmin edilir.
Kimyəvi, mexaniki və termik gözləmə rejimləri bir-birindən fərqləndirilir.
Kimyəvi gözləmə rejimində həzm kanalı və onun vəzilərinin ayrı-ayrı hissələrinin güclü qıcıqlandırıcıları - tünd bulyonlar, göbələk həlimi, turş sous və ədviyyatlar, kəskin ərzaq məhsulları və s. rasiondan çıxarılır.
Mexaniki gözləmə rejimi çeynəyici (çeynəmə) aparatın funksiyasının pozulması və mədə xorası xəstəliyi olan şəxslər üçün yemək hazırlanarkən tətbiq edilir. Bu zaman yemək sürtkəcdən keçirilməklə və ya xırda-xırda doğranmaqla hazırlanır.
Termik gözləmə rejimi zamanı isti yeməklərin temperaturunun 60-65oC-yə qədər