Pəhriz yeməklərinin hazırlanma xüsusiyyətləri
Pəhriz üçün yeməklər qaynadılmış və sürtkəcdən keçirilmiş halda hazırlanır. Onlar isti vəziyyətdə verilir.
Pəhriz yeməklərini hazırlamaq üçün ancaq təzə əla növ ərzaqlar, pəhriz konservləri, meyvə-giləmeyvə şirələri, təzə meyvələr, giləmeyvələr, tərəvəzlər, süd, süd məhsulları və yağdan istifadə edilir (Şəkil 4.2). |
||
Yeməklərin bişirilməsi zamanı istiliklə hazırlamanın aşağıdakı üsullarından istifadə edilir: su və yaxud buxarda qaynama, bişmə və hərdən əsas üsulla əvvəlcədən qaynadılmış məhsulların üzərində yüngülvari qabığın əmələ gəlməsinə qədər qovrulması və qızardılması (Şəkil 4.3). |