Maya (yaş maya və quru maya fərqli)
100 qram yaş maya = 33 qram quru maya (yəni tərifdə göstərilən yaş mayanın üçdə biri qədər quru mayadan istifadə olunur).
Temperatur çevirmə qaydası
Soba istiliyi Selsi (°C) və Farenheyt (F) olaraq ifadə edilir. Farenheyt olaraq ifadə edilmiş soba istiliyi Selsi olaraq belə hesablanır:
500 F = 260°C 475 F = 245°C 450 F = 235°C 425 F = 220°C 400 F = 205°C 375 F = 190°C |
350 F = 180°C 325 F = 160°C 300 F = 150°C 275 F = 135°C 250 F = 120°C 225 F = 107°C |
Kremlərin hazırlanması
Şirniyyatın çeşidindən asılı olaraq bu və ya digər yarımfabrikat əvvəlcədən hazırlanır. Ən çox istifadə edilən bəzək materialı müxtəlif yağlı kremlərdir. Krem yağ, yumurta, qaymaq, şəkər və digər dad verən xammalların qarışığından alınan köpmüş kütlədir.
Krem yüksək keyfiyyətli yeyinti məhsuludur. Kremin plastik xassəsi ondan müxtəlif bəzəklərin alınmasına imkan verir. Əsas çatışmayan cəhəti odur ki, bakterial çirklənməyə tez məruz qalır və qısa müddətdə xarab olur. Odur ki, kremlə hazırlanan məmulatı soyuducuda saxlamaq lazımdır. Normal şəraitdə belə 5°C temperaturda yağlı kremlə hazırlanan məmulatları 36 saatdan, bişmiş kremlə hazırlananları isə 3 saatdan çox saxlamaq olmaz. |
Əsasən, yağlı kremlər qatılaşdırılmış süd və yumurta ağı ilə hazırlanır. Yağlı kremlər duzsuz kərə yağı ilə hazırlanır. Kremlərə ətirli və dadverici maddələr əlavə edilməklə müxtəlif təyinatlı kremlər əldə edilir (Şəkil 2.2).
Kərə yağı - 100 qr. qatılaşdırılmış süd 4 x.q.: yağ qazanda qatı xama konsistensiyasına qədər isidilib qaşıq və ya taxta çömçə ilə köpmüş elastiki kütlə alınana qədər çalınmalıdır. Yağın üzərinə az-az qatılaşdırılmış süd əlavə edilib 10-15 dəqiqə eynicinsli kütlə alınana qədər çalınma davam edilməlidir. Əgər krem çürüyərsə, onda krem çalınan qabı su hamamında azacıq qızdırıb intensiv çalmaq lazımdır. Bu əməliyyat kömək etməzsə, kremə bir qədər yumşaldılmış yağ əlavə edib yenidən 5-8 dəqiqə çalmaq lazımdır. Təzə hazırlanmış elastiki krem parıltılı, soyumuş krem isə parıltısız olur.
Şəkər şərbəti ilə yağlı krem
Kərə yağı -100 qr. şəkər - 3 x.qr. su - 4 x.q.: qazana toz-şəkər və su tökülüb qarışdırılmalı və qaynayana qədər qızdırılıb kəfi yığılmalıdır. Şəkər şərbəti soyudulub və az-az yumşaldılıb çalınmış yağa əlavə edilməklə yuxarıdakı qaydada krem hazırlanır.