Pomadkanın hazırlanması Toz-şəkər - 10 x.q., su - 8 x.q. və ətirləndirici maddələr. Tort, pirojna və digər məmulatların səthini bəzəmək üçün pomadkadan istifadə olunur. Pomadka iri məmulatın səthinə çəkilir, xırda məmulat isə pomadkada şirələnir. Qazana şəkər və su əlavə edilib qaynadılır (Şəkil 2.13). Kəfi yığılıb yumşaq kürəciklər əmələ gələnə qədər bişirilir. Qaynara düşəndən sonra təmiz və yaş cuna (tənzif) ilə qazanın qıraqlarına yapışmış şəkər kristalları təmizlənməlidir. Əks halda pomadkanı çaldıqda içərisinə iri şəkər kristalları tökülə bilər. Axırda şərbətə hər 100 qr. (4 x.q.) şəkərə görə 5 damla limon turşusu məhlulu və ya 0,5 ç.q. 3%-li sirkə əlavə edilir. Turşu normadan artıq əlavə edildikdə pomadka yaxşı çalınmır və məmulatın səthində gec quruyur. Normadan az olduqda isə pomadka tez kristallaşır və quruduqda parıldamır. Limon turşusu əvəzinə, 100 qr. (4 x.q) şəkərə 1 ç.q. karamel patkası götürmək olar. Şərbət bişdikdən sonra onun səthinə su çiləyib tezliklə soyutmaq lazımdır. Bu məqsədlə qazanı soyuq su və ya buzlu suyun içərisinə qoymaq olar. Soyumuş şərbəti (40-45°C) 10-20 dəqiqə qarışdırmaq lazımdır ki, xırda kristalları olan ağ və xamayabənzər kütlə alınsın (Şəkil 2.14). Çalınma zamanı kütlə bir qədər də soyuduqdan sonra onu 40-45° temperatura qədər qızdırıb ətirləndiricilər əlavə etməklə qarışdırmaq lazımdır. Əgər pomadka çox qatı alınarsa, ona bir qədər su çilənir, duru olarsa, ələnmiş şəkər kirşanı əlavə edilir. Hazır pomadka orta qatılıqda xamanı xatırladır (Şəkil 2.15). |
Bəzək məhsullarının hazırlanması
Şirniyyat məmulatına xoş görünüş və xüsusi dad vermək üçün müxtəlif bəzək materiallarından istifadə edilir. Bu məqsədlə şəkər kirşanı, zülallı, meyvəli, unlu və şokoladlı bəzək məhsulları, karamel, ovuntular, təzə meyvə və giləmeyvələr, sukat və mürəbbədən istifadə olunur. Məmulatı bəzəmək üçün qənnadı kütləsi və yarımfabrikatlardan əsas məhsulun səthinə gül və müxtəlif fiqurlar qoyulur, haşiyə vurulur və lazımi sözlər yazılır. Bu məqsədlə ucunda müxtəlif çıxıntıları olan metal formalar qoyulmuş üçbucaq qənnadı kisəsindən istifadə edilir. Məmulatı yaxşı bəzəmək üçün