Hazır borucuqlar qənnadı kisəsindən “zefir” və ya şokoladlı kremlər və ya çalınmış qaymaqla doldurulur. Məmulat buynuz şəkillidir, vafli xırçıltılıdır, krem isə forması, dadı və qoxusunu özündə yaxşı saxlayır.
Xəmir və bişmiş məmulatların hazırlanması zamanı yaranan qüsurların səbəbləri və onların aradan qaldırılması
Qüsurlar
|
Yaranma səbəbləri
|
Qüsurların bərpası
|
Xəmir topa şəkillidir. | Un yaxşı qarışdırılmayıb. | Xəmir süzülməlidir. |
Xəmir qatı və dartılandır.
|
Unun hamısı eyni vaxtda səpilib. | Un az miqdarda porslar şəklində əlavə edilməlidir. |
Vaflinin səthindəki naxış dəqiq deyildir. | Vafli formaları təmizlənməyib. | Formalar və qəliblərin içi təmizlənməlidir. |
İçlik vaflinin kənarlarından çıxır. | Laylar tam soyudulmamış halda doğranılmayıb. | İçlikli laylar tam soyudulmalıdır. |
Rəngi qeyri-bərabərdir.
|
Vafli qabının isidilməsi qeyri bərabərdir. | Elektrik qızdırıcıları düzəldilməlidir. |
Vərəqlər məsaməli deyildir.
|
Bişmə temperaturu aşağıdır, müddəti isə çoxdur. | Bişmə temperaturu artırılmalıdır. |
Kekslərin hazırlanması və bişirilməsi
Kekslərin hazırlanması üçün mayalı yağlı xəmirdən istifadə olunur. Əsas xəmir üçün lazım olan xammal və yarımfabrikatlar:
Bişmiş məmulatların çıxarı - 450 qramdır. Nişastanı unla əvəz etmək olar. Yağ toz-şəkərlə ağaranacan çalınır və yumurta sarısı əlavə edilir. Ayrıca qazan və ya mikserdə soyudulmuş yumurta ağı çalınır. Çalınmış yumurta ağı dolu qaşıqda ağzı aşağı tutduqda belə axmamalıdır, yəni bərk olmalıdır. Sonra yumurta ağı yağlı çalıntıya əlavə edilir, sonra isə un tökülərək 30-35 saniyə ərzində yoğrulur. Yağlı keks xəmiri istənilən forma, tava və qənnadı təbəqəsində bişirilir.
“May” keksi (Şəkil 3.24)
10 kq. keksin hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: