Axşam növbəsində çalışan inzibatçının əsas vəzifələri aşağıdakılardır:
1. Növbə jurnalını nəzarətdən keçirir və yoxlayır (Bu jurnalda gün ərzində baş verən hadisələr,
qeydlər, qonaqların xahiş və tələbləri öz əksini tapır).
2. Mehmanxana nömrə fondunu yoxlayır (neçə nömrə boşdur, neçəsi boşdur, neçəsi sifariş olunub
və növbə ərzində neçə qonaq gələcək) təhlil edir. Bu məlumatlar əsasında təyin edir ki, növbə
ərzində neçə nömrə satmaq olar. Böyük və orta mehmanxanalarda bu əməliyyatı avtomatlaşdırılmış
sistem həyata keçirir.
3. Qonaqların qəbulu ilə məşğul olur, digər xidmət bölmələri ilə əlaqə saxlayaraq qonaqların xahiş
və tələblərini çatdırır.
4. Növbə ərzində nömrə sifarişlərini qəbul edir (Saat 18:00-da bronlaşdırma bölməsi öz işini
qurtarır). Mehmanxana sutka ərzində 24 saat işlədiyinə görə maliyyə prosesi bir anda dayanmır.
Gecə auditoru mehmanxanada hərəkət, yəni qonaqların gediş-gəlişi sakitləşəndə (təxminən gecə
saat 01:00-da) qalan qonaqların kredit borclarını yoxlamağa başlayır və yekunlaşdırır.
1.4.1. ŞVESARIN (DOORMEN) VƏ YÜKDAŞIYAN XİDMƏTÇİNİN (BELLBOY) VƏZİFƏLƏRİNİ TƏSVİR EDİR
ŞVESAR (DOORMEN) VƏ YÜKDAŞIYAN XİDMƏTÇİNİN (BELLBOY) VƏZİFƏLƏRİ
Mehmanxanaya daxil olan qonağı ilk qarşılayan işçi, şvesardır (doorman). şvesar qonağı salamlayır, avtomobildən düşməsinə kömək edir, qəbul, yerləşdirmə və xidmət şöbəsinə gətirir. Şvesar (qapıçı) otelin göstərdiyi xidmətlərin növləri, qiymətləri və oteldə keçirilən tədbirlər haqqında məlumatlı olmalıdır. Uniformada vəzifəsini yerinə yetirən şvesar (qapıçı) təmiz, səliqəli xarici görünüşə malik olmalı, iş yerində siqaret çəkməməlidir. Şvesarın əsas iş yeri mərkəzi qapının giriş yeridir və mehmanxanada yaşayan qonaqların vizit kartını yoxlayır.
Qonaq vizit kartını itirdiyi zaman, şvesar bunu ayırd etmək üçün “Front Office”-ə müraciət edir və qonağın oteldə yaşadığına əmin olandan sonra, qonağı saxladığına görə üzr istəyir və otelə buraxır. Qonaq oteli tərk edərkən xadimə və ya resepşinist, ona şəxsi əşyalarını çıxartmaq üçün buraxılış vərəqi yazır. Buraxılış vərəqində əşyanın adı, miqdarı göstərilir. Şvesar (qapıçı) buraxılış vərəqini qonağın əşyaları ilə tutuşdurur, qonağı yola salır və buraxılış vərəqini xüsusi yerdə saxlayır. Buraxılış vərəqində göstərilən yazı, qonağın əşyaları ilə uyğun gəlmədikdə, şvesar bu anlaşılmazlığı tez bir zamanda aradan qaldırmağa çalışmalıdır. Şvesar holl-da səliqə-sahmana, təmizliyə nəzarət etməli və zərurət yaranarsa, kül və zibil qablarını təmizləmək üçün xadiməyə müraciət edir.