Baby cot/Uşaq çarpayısı: _____________________________________________
Remarks/Rəy: ______________________________________________________
Booked by/Sifariş:____________Contact Person /Şəxs:_____________________
Phone no/Telefon:_________Billto/.....hesab:____________________________
No.Credit card/Kredit kartının nömrəsi:_________________________________
Pending/İcra edən: _____________To be confirmed until/Təsdiqnamə://_______
Deposit until/Əvvəlcədən ödəniş:// ____________________________________
Fix/Qeyd olunub: ________________Confirmed by/Təsdiqlənib:______________
Date/Tarix:_____________________Done by/Yazıb:_______________________
Signature/İmza:______________________________________________________
Hər bir məktub-sifarişdə aşağıdakı məlumatlar yazılmalıdır:
•
qonağın gəlmə və getmətarixi;
•
qonağın soyadı vəadı;
•
nömrənin sayı, dərəcəsi (lüks, apartament, ekonomklass, biznesklass vəs.);
•
nömrədə olan xidmətlər (vanna,duş, televizor, soyuducu, mini-bar, seyf və s.);
•
nömrənin qiyməti (bu qiymətə nə daxildir ? Ancaq yaşayış, yaşayış və tam pansiyon, yaşayış və səhər yeməyi və s.);
•
qonağın xüsusi arzusu, istəyi və təklifləri (əvvəlcədən restoranda yemək sifariş etmək, transfer, teatıra bilet, nömrədə it, pişik və digər heyvan saxlamaq arzusu və s.).
Telefonla rezervasiya qısa zamanda edilən rezervdi. Bu zaman telefon vasitəsi ilə bron sifarişi qəbul edən menecer müştərini diqqətlə dinləməli və nəzakətli olmalıdır. Bu dialoq nəticəsində müştəridə, mehmanxana, onun xidmətləri və personalı haqqında təsəvvür yaranır. Müştərini telefonda çox gözlətməməlidirlər. Telefon dəstəyini maksimum 5 zəngdən sonra götürmək lazımdır (adətən, yaxşı olardı ki, 3 zəngdən sonra telefon götürülsün).
Telefon dəstəyini bronlaşdırma bölməsinin mehmanxana haqqında geniş məlumata malik olan menecerin qaldırması daha yaxşı olar.Telefon vasitəsi ilə bron sifarişini qəbul edərkən xüsusi blanklardan istifadə etmək məqsədə uyğundur. Bu blanklar sifarişi qəbul edərkən operativ yazılış üçün çox rahatdır. Bu blankın sütununda (qrafa) ancaq qeydlər edilir. Kompüterin xüsusi bölməsində bu blankı yerləşdirmək olar. Telefon vasitəsi ilə olunan bron, yazılı şəkildə təsdiq edilməlidir.