Sizin iltifatınız onu başa düşməyə kömək edəcəkdir ki, siz müsahibin iltifat göstərib öz vaxtını sərf edərək gözləməyə razı olduğunu unutmamısınız. Əgər siz sonu bilinməyən söhbətə bağlanmısınızsa, fasilə edin və söhbəti «Yaxşı, mən daha sizin vaxtınızı almaq istəmirəm» və yaxud «Çox sağ olun ki, mənimlə danışmağa vaxt tapdınız, mən bilirəm ki, siz çox məşğulsunuz, buna görə də...» kimi sözlərlə bitirməyə çalışın.
Aşağıda dialoq aparmaq üçün beş yaxşı üsul təqdim olunur:
1. Müsahibinizin sözünü kəsməyin.
2. Sizədeyilənləritəkraredin-bu sizin onu başa düşdüyünüzü bildirir.
3. Söhbət əsnasında şəxsə bir neçə dəfə soyadı ilə müraciət edin.
4. Nə etmək istədiyinizi başa salın və vədinizə əməl edin.
5. Əgər mümkündürsə, söhbətin əsas məğzini yazın.
Telefon nömrəsini yığmamışdan əvvəl zəngin səbəbini bir neçə cümlədə formalaşdırın. Siz səsli rabitə sistemi ilə birləşdirildikdə, orada qısa məlumat saxlaya bilərsiniz.
Telefonda asta danışın və unutmayın ki, məlumatın kağızda ifadə olunması şifahi deyilişdən
çox vaxt aparır. Öz telefonunuzun nömrəsini qoyun, çünki bu, zəng etdiyiniz adamın vaxta qənaət
etməsinə imkan verər və onu sizin telefon nömrənizi axtarmağa məcbur etməz. Sizə zəng edən
adamı gözləmə rejiminə keçirən düymədən sui-istifadə etməyin - bu texniki yenilik biznes sahəsində
məyusluq və inciklik mənbəyi ola bilər. Telefonda gözləmək üçün edilən xahiş halları bir qayda kimi
qəbul edilməməli, istisna kimiolmalıdı.
Santral departamenti işçisi oyandırma xidmətini (wakeup) dəqiq yerinə yetirmək üçün oyandırma
listini daima izləməlidir. Vaxtında oyandırılmayan qonağa dəyən ziyana görə otel və personal
məsuliyyət daşıyır.