Restoranların sayından asılı olaraq, onların daxili, interyerləri, quruluşu və bəzəyi müxtəlif olur.
Mehmanxana restoranları menecer tərəfindən idarə olunur. Ümumilikdə restoran menecerinin vəzifələrinə aşağıdakılar daxildir:
•
Qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təşkiletmək;
•
İşçilərin seçilməsi, öyrədilməsi və onlardan səmərəli istifadə olunması;
•
Servisin yüksək standartlarını təşkil etmək və onu inkişaf etdirmək;
•
Marketinq siyasəti aparmaq;
•
Mini bar vasitəsi ilə qonaqlara nömrədə xidmət göstərməyi təşkil və idarə etmək;
•
Şöbə müdirinə yeməklərin və içkilərin büdcə hesabatını və qarşıdakı həftə, ay, il üçün biznes proqnozu vermək.
Bəzi restoran menecerləri, işçilərin yaxşı işləməsinə görə, həvəsləndirmə kimi, hər rüb mükafatlar təqdim edirlər. Hər səhər yeməyi, nahar və şam yeməyi üçün nə qədər yemək bişirmək və içkilər hazırlamağın hesabını aparmaq üçün, oteldə nə qədər müsafirin yaşadığını (hal-hazırda) və qonaqların tipləri (məsələn, konfrans iştirakçıları, turistlər, fərdi qonaqlar və s.) nəzərə alınmalıdır.
Kiçik otellərdə restoran meneceri funksiyasını metrdotel yerinə yetirir.Metrdotelin funksiyası çox müxtəlifdir. Metrdotel masa arxasında əyləşən qonaqlardan sifariş götürülməsinə cavabdehdir. Sifariş götürərkən aşağıdakılar qeydedilir:
•
Müştərinin soyadı;
•
Müştərinin gəlmə saatı vətarixi;
•
Yerlərinsayı;
•
Əlavə istəklər (ad günü üçün tort, uşaqlara xidmət, pəhriz saxlayan,
vegetarian qonaqlara xidmət göstərmək və s.);
•
Müştərinin telefonu.
Metrdotel hər sifarişçi üçün masanı təyin edir və ofisiantlara təlimat verir. Metrdotel (və ya baş ofisiant) qonaqları restoranın girişində qarşılayır, onları masaya qədər ötürür, əyləşdirir, menyu təqdim edir, xidmət etmək üçün ofisiant göndərir.
Metrdotel ofisiantlar arasında iş bölgüsünü aparır, onların xarici görünüşünü nəzərdən keçirir, lazımi avadanlıqların olduğunu yoxlayır (məcməyilər, qab-qacaqlar, salfetlər və s.) masaların üstündəki yemək ləvazimatları, qab-qacağın və süfrələrin təmizliyi, mebellərin, xalçaların, işıqlandırmanın sazlığını yoxlayır. O, qonaqların şikayətlərini qəbul edir (zərurət yaranarsa keyfiyyətsiz yemək və içkilər pulsuz dəyişdirilir). Restoranda ən aşağı vəzifə - ofisiantdır (server). Avropada bu çox hörmətli bir vəzifə sayılır. Ofisiant olmaq üçün, ən azı iki il təhsil almaq, xarici dilləri bilmək lazımdır.