4.2.1.
QONAQ HESABININ ÖDƏMƏ ÜSULLARINI SADALAYIR
OTELDƏ YAŞAYAN QONAQLARLA APARILAN HESABLAŞMANIN NÖVLƏRİ
Oteldə yaşayan qonaqlarla nağd və nağdsız (pulu hesaba köçürmək) hesablaşma aparılır. Bir çox otellərdə nağdsız hesablaşmaları kredit kartları vasitəsi ilə aparırlar. Adətən fərdi turistlər kredir kartlardan istifadə edirlər. Oteldə nömrəni sifariş edən (bron) müştəri, kredit kartının ödəniş sistemini (kredit kartının adı), nömrə və kartın etibar müddətini deməlidir. Mehmanxanada plastik kartlarla hesablaşmanı aparmaq üçün xüsusi avadanlıq, imprinter və ya elektron terminal qurulur. POS-Terminal bir sıra əməliyyatlar həyata keçirir:
•
Satış rejimi On Line (Sale);
•
Müştərinin hesabına pulun qaytarılması (Refund(Rfnd));
•
Çekin yenidən çap olunması (Duplicate(Dup)).
POS-Terminal vasitəsi ilə müştərinin kredit kartının ödəniş qabiliyyəti yoxlanılır.
Bunun üçün müxtəlif kredit kartları ilə işləyən bankla müqavilə olmalıdır.
Kredit kartı, plastikdən hazırlanır və hər hansı bir bankın və ya maliyyə-kredit təşkilatının, müəyyən olunmuş limitinə əsasən müştəriyə verilir.
Xidmət sahəsində fəaliyyət göstərən müəssisələr, mehmanxana, restoran, turist firması və s. ola bilər. Bankın kredit kartını alan müştərilərə bir sıra güzəştlər olunur.
Kredit kartı vasitəsi ilə nağd pul götürmək olar. Kredit kartında, onun sahibinin adı, soyadı, imzası, kredit kartın nömrəsi və etibar müddəti göstərilir. Kredit kartın maqnit daşıyıcısında onun sahibi haqda məlumat kodlaşdırılır. Bu məlumat kredit kartın plastin lövhəsində həkk olunur. Qəbul və yerləşdirmə bölməsinin xəzinədarı, müştəridən kredit kartını qəbul edəndə, kartın etibar müddətinə, onun sahibinə məxsus imzaya və zəruri məbləğin olmasına diqqət yetirməli və lazım gələrsə müştərinin imzasını onun şəxsiyyətini təsdiq edən sənədlə tutuşdurmalıdır.
Kredit kartlarla işləyən otellərin nüfuzu yüksək olur, beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyinə dəlalət edir və imkanlı müştəriləri cəlb edir.
Otellərdə hesablaşmada yol (üstündə sahibinin adı yazılmış) çeklərindən də istifadə olunur. Yol çekində müəyyən edilmiş məbləğ göstərilir və bu məbləğə uyğun müştəriyə otel və restoranda xidmət göstərilir.
Yol çekini qəbul edən bölmənin işçisi, onun düzgünlüyünü (saxta olmadığını) diqqətlə yoxlamalı və qəbul etməlidir. Çeki verən şirkət ödənişə zəmanət verir.Yol çekini, digər şəxsə vermək olmaz, onu ancaq bankda nağdlaşdırmaqolar.