5. Qonaq oteldə 1 yanvar saat 23:00-dan, 3 yanvar saat 01:00-dək yaşayırsa tam iki günün pulunu ödəməlidir. Çünki qonaq oteli 3 yanvar saat 00:00-dan 12:00-dək tərk edir və buna görə qonaq tam günün pulunuödəyir.
Daha bir misalı göstərmək olar. Məsələn, “Azərbaycan” otelinə gələn qonaq martın 21-də saat 10:00-da “Lüks” nömrədə yer alır. Tarif üzrə nömrənin qiyməti 150 manatdır (vergilər daxil olmaqla). Qonaq nömrəni martın 24-də saat 16:00-da tərk edir. Mehmanxanada saat üzrə tarif 10 manat müəyyən olunub. Qonağın mehmanxanada qalma müddətinə 90 manatlıq müxtəlif əlavə xidmətlər göstərilib.
Beləliklə qonaq mehmanxanada 3 gün (21 mart saat 12:00-dan 24 mart saat 12:00- dək) yaşayıb. Qonaqdan 21 mart saat 10:00-dan 12:00-dək pul alınmır. 24 mart saat 12:00- dan saat 16:00- dək 4 saatın pulu (10 manat x 4 saat =40 manat) hesablanır. Nəticədə, qonağa tam hesab təqdim olunur, (150 manat + nömrənin 1 günlük qiyməti x 3 gün=450 manat + 4 saat=490 manat + 90 manat=580manat).
Mehmanxana xidmətlərinin təqdim olunma qaydalarına görə, mehmanxana bir sıra fiziki və hüquqi şəxslərə güzəşt verə bilər.
Pulun müştəriyə qaytarılma qaydaları.
Bir sıra səbəblərə görə qonaq mehmanxananı vaxtından tez tərk edə bilər. Bu zaman qonağın yaşayış üçün əvvəlcədən ödədiyi pulun bir hissəsi qaytarılır və qəbz yazılır. Qəbz bir nüsxədə yazılır və “Kassa hesabatı” ilə mühasibata verilir. Pulun qonağa qaytarılmasının sənədlərini tərtib edərkən, əvvəlcə müştəriyə yazılmış hesabın, birinci və ikinci nüsxələrində pulun qaytarılması qeyd olunur (qonaq mehmanxanada yer alarkən çek yazılır və bu sənəd ciddi hesabat blankıdır).
Mühasibatın işçisi anketdə olan imza ilə pulu qaytarılan qonağın imzasını tutuşdurur, sonra anket bölməyə qaytarılır. Qonağa pulun qaytarılması bir prosesdir. Qonaq ilə hesablaşma nəzarət- kassa aparatı ilə aparıla bilər. Məsələn, qonaq mehmanxanada yer alarkən beş günün pulunu əvvəlcədən ödəyir və hesablaşma nəzarət-kassa aparatı ilə aparılıb, qonağa kassa çeki verilib. Qonaq müəyyən səbəbə görə mehmanxananı vaxtından əvvəl tərk etmək istəyir və yerdə qalan pulunu tələb edir. Bu halda müştərinin pulu iki varinatda qaytarılabilər.
Birinci halda, pulun ödənildiyi gün, kassa hesabatı bağlanmayıbsa, müştəriyə yeni çek yazılır və yeni kassa çeki vurulur və müştəriyə əvvəl verilmiş sənədlər (yazılan hesab və nəzarət-kassa çeki) geri alınır və bunlara əsasən akt tərtib olunur. Köhnə sənədlər akt ilə birlikdə mühasibata təhvil verilir. Qonağa qaytarılan məbləğ, kassirin xüsusi jurnalında qeyd olunur.
• İkinci halda, kassa hesabatı artıq bağlanıb və qonaq pulu verdiyi gündən sonra bu proses baş verir.