TƏLİM NƏTİCƏSİ 1
Bu təşkilatın 24 ölkədən dörd mindən çox üzvü var.
Qonaqlara xidmət göstərən bu bölməyə bellboy, şvesar(qapıçı), wardobe keeper(qarderobçu), lift boy kimi işçilər daxildir və Ön Büro (Front Office) departmanına bağlı olaraq işləyir.
1.2.1 KONSYERJİN VƏZİFƏ TƏLİMATLARINI VƏ ÖHDƏLİKLƏRİNİ SADALAYIR
KONSYERJİN VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Konsyerj maddi məsul şəxsdir, tam fərdi məsuliyyət daşıyır.
Xidməti vəzifəsini yerinə yetirən konsyerj direktorun əmr və sərəncamlarına, daxili əmək, intizam qaydalarına əməl etməli, personal haqqında əsasnaməni, vəzifə təlimatını, normativ aktlarını rəhbər tutmalı, ədəb və davranış qaydalarına və xarici görünüş standartlarına riayət etməlidir. Konsyerj işin texnologiyasına, təhlükəsizlik qaydalarına, əməyin mühafizəsinə riayət etməlidir.
Konsyerj hər zaman mehriban və peşəkar olmalı, eyni vaxtda bir neçə işə nəzarət etməli, bəzən hətta gərgin iş rejimində sakit qala bilməlidir. Konsyerj çalışmalıdır ki, müştəri məmnuniyyətini qazansın. Çünki, hər məmnun müştəri,yeni müştəri deməkdir.
Konsyerjin vəzifə öhdəlikləri:
1. Konsyerj xidmətini və idarəçilik sistemi üzrə təlimatı yerinə yetirməlidir.
2. Konsyerj yüksək mədəniyyətə malik olmalı və beynəlxalq etiket qaydalarını
bilməli, xarici görünüş standartlarına uyğun olmalıdır.
3. Qonaqlara yaşayış sektoru, dəhliz və holların təchizatının vəziyyəti,
avadanlıqlardan istifadə qaydaları haqqında vaxtında və düzgün məlumat
verməlidir.