TƏLİM NƏTİCƏSİ 1
4. Servis xidmətini yüksək səviyyədə təmin etmək məqsədi ilə mehmanxananın digər bölmələri
ilə qarşılıqlı əlaqəni yaratmalıdır.
5. İşin texnologiyasına uyğun, qonaqların tapşırıqlarını yerinə yetirməlidir.
6. Qonaqlara yüksək keyfiyyətli, operativ xidmət göstərmək üçün, zəruri olan məlumatları daim
yeniləməli, iş yerini və sənədləri səliqəli və qaydasında saxlamalıdır.
7. Xidməti vəzifəsini yerinə yetirən zaman, məlum olan kommersiya sirrini açıqlamamalıdır.
8. Qonaqlara göstərilən servis xidmətinin səviyyəsini artırmaq məqsədi ilə deyilən rəy və
tövsiyyələri nəzərə almaq və bu barədə müdiriyyətə məlumat verməlidir.
9. İş prosesində yaranan zərurətlə əlaqədar şöbə müdirinin göstərişlərini və digər vəzifələri
yerinə yetirməlidir.
10. Konsyerj öhdəsinə düşən vəzifəni vaxtında görmədiyinə və keyfiyyətsiz yerinə yetirdiyinə
görə məsuliyyət daşıyır.
11. Əmək intizamı qaydalarını və personal haqqında əsasnaməni yerinə yetirmədikdə məsuliyyət
daşıyır.
12. Texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını yerinə yetirmədikdə məsuliyyət
daşıyır.
13. Xarici görünüş standartlarına və ədəb qaydalarına əməl etmədikdə məsuliyyət daşıyır.
14. İşin təkmilləşdirilməsi üçün və səmərələşdirici təkliflər verə bilər.
15. İş yerinin texniki təchizatı və iş sənədləri ilə təmin edilməsini tələb edə bilər.
1.3.1 KONSYERJ ÜZVÜNÜN QARŞISINA QOYULAN TƏLƏBLƏRİ QEYD EDİR
KONSYERJİN BACARIQ VƏ KEYFİYYƏTLƏRİ
Əksər otellər işə qəbul zamanı yaxşı ümumi təhsilə, xarici görünüşə, xarici dil biliyinin olmasına üstünlük verəcək,bundan əlavə onlar sizin kompüterdən, telefon kommutatorundan istifadə edə bilmə bacarılarınıza diqqət edəcəklər.
Mehmanxanalarda xüsusilədə Ön büroda çalışan personal müxtəlif xarici ölkələrdən gələn qonaqlarla xarici şirkətin və diplomatik nümayəndələrin əməkdaşları ilə ünsiyyətdə olmaq, xidmət göstərmək üçün bir və ya bir neçə xarici dil bilməlidir.
Səliqəli xarici görünüşə malik olmalı,iş yerini səliqəli saxlamalı,əməyin mühafizəsinə riayət etməlidir. Konsyerj mehmanxanada avtomatik idarəçilik sistemini bilməlidir. Mehmanxanalarda bütün bölmələri və xidmət sahələrinin iş rejimini, o cümlədən restoranı, nömrə fondunu, qeyri yaşayış sahələrinin təchizatını və avadanlıqları bilməli, gələn qonaqlara vaxtında və doğru məlumat verməlidir. O, təkcə otel yox, şəhər haqqında da, məlumatlı olmalıdır. Konsyerjin əhatəsi geniş olmalıdır.