TƏLİM NƏTİCƏSİ 1
1.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
• Konsyerjin xarici görünüş standartlarını hazırlayıb,
təqdim edin.
• 2 qrup dialoq şəklində konsyerj haqqında məlumat
mübadiləsi qursun. Qrup üzvləri yeni məlumat öyrənərsə
qeyd etsin.
• Qonaqlara xidmət göstərən bölmə haqqında məlumat
toplayın.
• 4 qrup konsyerjin göstərdiyi qeyri adi xidmətlərdən
araşdırma aparsın və hər qrup öz araşdırmasını təqdim
etsin.
• Konsyerjin tarixi haqqında təqdimat
hazırlayın
• Konsyerjin vəzifə öhdəliklərini müəyyən
edin.
• Konsyerjin vəzifə öhdəlikləri haqqında
1-ci qrup nəyi etməli, 2 -ci qrup isə nəyi etməməli
olduğu barədə qeyd aparmalı və nəticələri
səsləndirməlirlər.
• Konsyerjin məsuliyyət daşıdığı halları
müəyyən edin.
• Konsyerjin məlumatlarını daim
yeniləşdirməyinin səbəbini izah edin.
• İşə qəbul zamanı işçinin hansı xüsusiyyətlərinə önəm verilir, bu haqda qrup araşdırması
aparın.
• 4 qrup hər qrupa bir xidmət tapşırılır və bu xidmətin təşkili zamanı hansı problemlər ortaya
çıxacaq onu müəyyən edin.
• Bir qrup konsyerjin otel daxili, o biri qrup isə mehmanxananın yerləşdiyi bölgə haqqında nələri bilməli olduğunu məlumat versin.