TƏLİM NƏTİCƏSİ 2
Konsyerj teatr, sirk, konsert, sərgi və s. mədəni -kütləvi yerlərə, qonaqların arzusu ilə sifarişləri qəbul və təşkil edir, bu obyektlərin iş rejimi və biletin sifariş olunması qaydaları barədə qonaqlara məlumat verir.
Qonağın arzusu ilə müxtəlif bar və restoranlardan, o cümlədən, milli restoranda masa sifariş edir, lazım gələrsə qonağı restorana aparmaq üçün nəqliyyat da sifariş edir. O, qonağın sifariş etdiyi bar və ya restoranla əlaqə saxlamalı, qonaqların sayı, gəlmə vaxtı, ödəniş forması və s. barədə restoran inzibatçısını məlumatlandırmalıdır. Bütün bu xidmətlərdən əlavə konsyerj mehmanxananın yerləşdiyi ərazidən, mövsümdən və digər amillərdən asılı olaraq qonaqlara müxtəlif növ əlavə xidmətlər təklif edə bilər. Bunlar aşağıdakılardır:
• Atla gəzinti
• Xizəklə sürüşmə
• Qayıqla gəzinti
• Təbiət qoynunda istirahət
• Rayonlara səyahət
• İdman-sağlamlıq mərkəzi
• Gözəllik salonu
• Gecə klubu, diskoteka və s.
əyləncə yerləri
• Tədbirlərin keçirilməsi üçün konfrans və banket zalları və s.
Öyrənilərək təşkil olunan hər yeni xidmət isə konsyerj xidmətlərinin siyahısına daxil olur, buna görə də konsyerj xidmətlərini sonlandırmaq mümkün deyil. Konsyerjin göstərdiyi xidmətləri kök atıb yetişməkdə olan ağaca bənzətmək olar. Hər gün xidmətlər yenilənməyə və çeşidlənməyə davam edir. Konsyerj xidmətlərinin sonu yoxdur. Yaxşı bir Konsyerjin olduğu bir otelin müştərisinə təşkil edə bilməyəcəyi heç bir xidmət yoxdur. Qonaqların hər tipli istəklərinə, yardımına, suallarına cavab verməlidir. Gələn suallardan içində bilmədikləri ola bilər, hər şeyi bilmək mümkün deyil. Bu zaman deyəcəkləri bu olmalıdır “Bilmirəm, amma öyrənəcəm və sizə yönələcəm”. Onların ehtiyacı olan hər şeyi verə bilmək, ən doğru yerlərə yönləndirmək, ən doğru məlumatı verə bilmək konsiyerjin vəzifəsidir. Bu xidmətlərin isə təhlükəsiz və ən qısa zamanda yerinə yetirilməsi vacibdir.
2.2.1 OTELDƏ KONSYERJ OLMADIQDA, İNZİBATÇI TƏRƏFİNDƏN XİDMƏTLƏRİN TƏŞKİL EDİLMƏSİNİ
VURĞULAYIR
İNZİBATÇI TƏRƏFİNDƏN XİDMƏTLƏRİN TƏMİN EDİLMƏSİ
Yüksək dərəcəli otellərdə əlavə xidmətlərin təşkilini konsyer yerinə yetirir, aşağı dərəcəli hotellərdə isə konsyerj olmadığından inzibatçı yerinə yetirir.