TƏLİM NƏTİCƏSİ 2
2.3.1 TƏDBİR TƏŞKİLATÇISININ BÜTÜN VƏZİFƏLƏRİNİ VƏ ÖHDƏLİKLƏRİNİ, O OLMADIQDA
İCRA EDİR
KONSYERJ TƏDBİR TƏŞKİLATÇISININ VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİNİ İCRA EDİR
Tədbir nədir?
Tədbir gündəlik həyatdan fərqlənən, müxtəlif rituallar və mərasimlərin təşkili vasitəsilə müxtəlif tələbatları özündə birləşdirən hadisələrin qeyd edildiyi unikal zaman kəsiyidir. Tədbir insan fəaliyyətinin bir növü olub müxtəlif insanların məhdud zaman ərzində görüşləri və qarşılıqlı əlaqələrindən ibarət müəyyən məqsədlərin həyata keçirilməsi üçün təşkil edilir. Tədbir təşkilatçısı kimdir?
Tədbir təşkilatçısı müxtəlif şirkətlər, qruplar və fərdi şəxslərin maraqları əsasında müxtəlif məqsədli tədbirlərin hazırlanması və həyata keçirilməsini peşəkar formada yerinə yetirən şəxsdir.
Tədbir təşkilatçısı öz işində uğurlu olmaq üçün bir çox istiqamət üzrə bacarıqlara sahib
olmalıdır:
- İstənilən müştəri tipi ilə ümumi dil taparaq tədbirin həyata keçirilməsi planını birgə hazırlamaq;
- Ehtiyat olaraq hər zaman korporativ tədbirlər üçün hazır proqram və strategiyalara
sahib olmalıdır;
- Optimal şərtlərlə münasib məkanı, avadanlıqları, iştirakçıları və s. tapmağı bacarmalıdır;
- Layihənin yerinə yetirilməsinə cəlb edilmiş təchizatçılarla razılaşmalı, müqavilə şərtlərinin yerinə
yetirilməsinə nəzarət etməlidir;
- Sifarişçiyə layihənin gedişatı ilə bağlı vaxtında məlumat verməli, əməkdaşlıq müddətində müştərisi
ilə yarana biləcək istənilən münaqişələri psixoloji qabiliyyətini tətbiq etməklə həll etməlidir.
- Layihə büdcəsinin ilkin hesablanmasını aparmalı və onun mərhələlər üzrə icrasına nəzarət
etməlidir.