TƏLİM NƏTİCƏSİ 2
- Hədəflənmiş auditoriyanın razı salınması;
- Tədbirin əyləncəvi hissəsinin olması (Tədbir üçün səhnəsi, rəqs üçün
meydançası və səs akustikası olan məkan olmalıdır);
- Tədbirdə yemək verilməsi (Tədbirdə keyterinq firmasının xidməti nəzərdə
tutularsa, məkanın köməkçi hissəsi olmalıdır. Məkanın böyüklüyü qonaq sayına uyğun stol-stul qoyulmasına
və ya furşet stollarının düzülməsinə imkan verməlidir);
- Məkan hər bir qonaq üçün uyğun lokasiyada yerləşməlidir və s.
2.5.1 MÜXTƏLİF EKSKURSİYALARI TƏŞKİL EDİR
EKSKURSİYALARIN TƏŞKİLİ
Ekskursiya latın sözü olub, Ekcursio - gəzib dolanmaq demekdir. Ekskursiya rəhbərinin başçılığı ilə maraqlı və diqqətə layiq yerlərə və digər obyektlərə elmi və ya mədəni maariflənmə məqsədilə edilən gəzintidir. Ekskursiya bizi əhatə edən aləmi əyani dərk etmək prosesidir. Bu proses təbiətdə və qapalı yerdə əvvəlcədən seçilmiş obyektlərə baxış ilə əlaqədardır. Obyektə baxış, danışıqla ahəng təşkil edilməlidir.
Ekskursiya aşağıdakı əlamətlərinə görə seçilir:
- 45 dəqiqədən 1 sutkaya qədər müddətdə davam edir. Bir neçə günlük ekskursiyalar olmur,
bu,artıq nəqliyyatda səyahətdir.
- Ekskursiya qrupunun olması (7-30 nəfər) və ya fərdi ekskursiya iştirakçıları(1-7 nəfər)
- İxtisaslı mütəxəssisin ekskursiya rəhbəri olması
- Ekskursiya obyektləri ilə nəqliyyat hərəkət edərkən və dayananda tanışlıq, həmçinin dayanacaqlarda
qrupun nəqliyyatdan düşüb obyektlə birbaşa tanışlığı vacibdir.
- Dəqiq, təyinatlı mövzunun olması, çünki mövzu obyektə baxışın əsas istiqamət vericisidir.
Bu sadalanan hər hansı bir əlamətin olmaması səyahəti ekskursiya adlandırmağa imkan vermir.
Ekskursiyalar turizm xidmətlərinin tərkibinə daxildir. Ekskursiyalar keçirilmə formasına görə, İcmal və Tematik ekskursiyalara bölünür.
İcmal ekskursiyaları çoxplanlı da adlandırırlar. Çünki, bu ekskursiyada həm tarixi, həm də müasir materiallardan istifadə olunur. Burada müxtəlif obyektlər nümayiş etdirilir.
Bütün şəhər üzrə icmal ekskursiyalar, hazırlandığı yerdən asılı olmayaraq, quruluşuna görə oxşardırlar.
Onların hər biri bir qayda olaraq, bir neçə vacib mövzulardan ibarətdir.
Tematik ekskursiyalar konkret müəyyən bir hadisəyə, mövzuya, tarixi dövrə həsr olunur.