TƏLİM NƏTİCƏSİ 2
- Ekskursiya rəhbərinin <<çantası>>nı hazırlamaq
- Metodiki üsullar seçmək
- Mətn və metodiki işləməni yekunlaşdırmaq
- Ekskursiyanı qəbul etmək
- Ekskursiyanı təsdiq etmək
Obyektlərin danışıq vasitəsi ilə turistlərə çatdırılması ekskursiyanın əsas və ayrılmaz hissələrindən biri sayılır. Lakin obyektlərin nümayiş etdirilməsi birinci yerdə durur və danışıq ona tabedir. Yəni əvvəl obyekt nümayiş etdirilir, sonra bu obyekt haqda danışılır. Hər bir ekskursiyanın keçirilməsinə dəqiq müəyyən edilmiş vaxt təyin olunur.
Ekskursiyanın hazırlanması həm ekskursiya işinin təşkilatçılarından, həm də ekskursiya rəhbərlərindən yaradıcılıq tələb edən prosesdir.
2.2. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
• Qrup şəklində müzakirə edərək, izah edin ki, çox vaxt konsyerj xidmətinə nə üçün müraciət edirlər.
• Qonağa xidmət göstərən zaman qarşıya çıxacaq çətinliklər haqqında düşünün və nəticə çıxartmağa çalışın
• 2 qrupa bölünməklə, 1 qrup əsas xidmətlərin, ikinci qrup isə əlavə xidmətlərin təşkili haqqında nümunələri qeyd etsin.
• Xidmətin təşkili üçün müraciət edildikdə, konsyerj nəyi və hardan başlamaqla davam etməli olduğunu müzakirə edərək hazırlayın.
Müştəri sizə xidmətlərdən istifadə üçün yaxınlaşır. Xidmətlərin sunumunu necə edərdiniz? Nümayiş
etdirin.
• İnzibatçının təşkil edəcəyi nəqliyyat növlərini qeyd edin.