TƏLİM NƏTİCƏSİ 2
• İnzibatçının satmaqda daha maraqlı olduğu xidmətləri müəyyən edin.
• Restoranda yemək sifarişini addımlarını vurğulayaraq, təsvir edin.
• İnzibatçının oteldə önəmini qeyd edin.
• Qruplara ayrılın və hər bir qrup olaraq tədbir seçin. Tədbirin konsepsiyasını hazırlayın.
• İki komanda şəklində ayrılın və konsyerj olaraq hansı növ tədbirləri təşkil edəcəyinizi sadalayın. Hər bir tədbirlə bağlı qısa xülasə verin.
• İki komanda şəklində ayrılın. Tədbir təşkilatçısının mövzuda qeyd edilən keyfiyyətlərdən başqa daha hansı xüsusiyyətlərə malik olmalı olduğunu və bu xüsusiyyətlərin tədbir təşkilatçısı olaraq hansı növ fəaliyyətdə nə üçün lazım olduğunu əsaslandırın.
• İki komanda şəklində ayrılın və tədbir təşkilatçısı agentliyi olaraq hansı növ tədbirləri təşkil
etdiyinizi sadalayın. Hər bir tədbirlə bağlı qısa xülasə verin.
• Tədbirlərin keçiriləcəyi açıq və qapalı məkanları aid edin.
• Fəaliyyət. 2 qrupa ayrılın və hər biriniz 4 növ tədbir məkanı seçin və bu məkanlarda keçirilə
biləcək maksimum tədbirləri sadalayın.
• Açıq havada tədbirin təşkilini izah edin.
• Sifarişçilərin hansı tədbirləri seçdiyini müəyyən edin.
• Tarixi abidələrə ekskursiya işinin təşkilini nümayiş etdirin.
• Tarixi ekskursiya hansı yarım qruplara bölünür izah edin.
• Ekskursiya hansı məqsədləri özündə daşıyır qeyd edin.
• Ekskursiya rəhbəri hansı məsələlərə diqqət yetirirsə araşdırın.
1.7. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: