1.2.1. TURİZM FİRMASININ FƏALİYYƏTƏ BAŞLANMASINDA HƏYATA KEÇİRİLƏN MƏRHƏLƏLƏRİ
MÜƏYYƏN EDİR
OFİSİN XÜSUSİYYƏTLƏRİ
Turizm firmasının fəaliyyətə başlaması ofisin seçilməsindən başlanılır. İlk öncə ofisin yeri seçilir.
Əgər yalnız gəlmə turizmlə məşğul olunacaqsa, ofisin yerləşəcəyi yerin böyük olmasının əhəmiyyəti
yoxdur. Digər hallarda geniş fəaliyyət üçün böyük ofis seçməkdə yarar var. Bu halda ofisin yerləşdiyi
məkan şəhərin mərkəzində olması daha məqsədə uyğundur. Ofisin xarici görünüşü və reklamı
müştəriləri cəlb etməlidir.
Ofisin interyerinin dizaynıda müştərilərə cəlbedici təsir bağışlamalıdır.
Ofisdə müxtəlif istirahət ocaqları barədə plakatlar olmaqla, təklif olunan xidmətlərə uyğun
bukletlər hazırlanmalıdır.
Ofis texnikası - turizm şirkəti yerləşdiyi yerdən asılı olmayaraq müvafiq ofis texnikası ilə təmin
olunmalıdır. Kompüterlər, surətçıxaran, çap edən və digər texnoloji imkanlara malik olmalıdır.
Kadrların seçilməsi
Turizm firmasının öz işini yüksək səviyyədə qurması
üçün kadr seçiminə xüsusi əhəmiyyət verməlidir.
Beləki işçilərin öz aralarındakı işgüzar münasibətlər
və müştərilər göstərilən mədəni xidmət səviyyəsi çox
vacibdir. Namizədlər boş vakansiyalara anket (cv)
doldurmaqla müaciət edirlər. İşçinin işə götürülməsi
zamanı rəhbərlik tərəfindən namizədlərlə söhbətlər
aparılır. Söhbət zamanı namizədin peşəkarlıq, psixoloji durumu təyin edilir. Seçilmiş namizədlə
müqavilə bağlanılır. İşçiyə maaşlar bir neçə üsulla təqdim edilir: oklad, həvəsləndirmə, faiz hesabı
və s.
Biznes planın hazırlanması
Turizm firmasının yaradılmasında əsas mərhələlərindən biri onun biznes planının hazırlanmasıdır.
Biznes plan nizamnaməyə əsasən müəssisənin fəaliyyət növünü müəyyənləşdirir. Turizm biznesi
bir çox obyektiv və forsmajor amillərdən ibarətdir: siyasi, iqtisadi, infrasturktur, təbii fəlakətlər və
s. Elə əsas və əlavə fəaliyyət növlərini seçmək lazımdır ki, onlar uzun müddət aktual olsunlar.