TƏLİM NƏTİCƏSİ 1
1.3.1.
TURİZM MÜƏSSİSƏSİNDƏ SƏNƏDLƏŞMƏNİN ROLUNU QEYD EDİR
FİRMANIN SƏNƏDLƏŞDİRİLMƏSİ
Turizm firmasının qanunauyğun fəaliyət göstərməsi üçün bir sıra sənədlər tələb olunur.
Bu sənədlər aşağıdakılardır:
- dövlət qeydiyyat sənədləri;
- daxili iş reqlamentinin müəyyən edən sənədlər;
- mühasibat və statistika sənədləri;
- partnyorlarla münasibətləri nizamlayan sənədlər;
- agentlərlə münasibətləri nizamlayan sənədlər;
- turistlərlə münasibətləri nizamlayan sənədlər;
- şirkətdaxili digər sənədlər;
Dövlət qeydiyyat sənədləri şirkətin hüquqi cəhətdən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsinə əsasdır. Hər bir şirkət fəaliyyət göstərmək üçün bankda hesab açmalıdır.
Şirkətin daxili iş reqlamentini müəyyən edən sənədlər vəzifələr barədə əsasnamələr, sektor və ya şöbələr barədə iş əsasnamələridir.
Mühasibat və statistika sənədlərinə aiddir: sosial müdafiə fonduna, statistika idarəsinə, məşğulluq idarəsinə və vergilər departamentinə aylıq, illik hesabatlar verilir.
“Turizm yollayışı - Vouçer”
Turizm fəaliyyəti zamanı müştərilərə məhsul satışı haqqında sənəd - turizm yollayışı (vouçer) verilir. Bu sənəd turizm yollayışı və turizm yollayışı kəsmə talonu hissəsindən ibarətdir. Hər iki hissədə eyni məlumat yazılır. Vaouçer azərbaycan və ingilis dillərində doldurulur. Daxili turizmdə “turizm yollayışı”nın turistə verilən hissəni turist istirahətə getdiyi yerdə onu qəbul edən şirkətə təqdim edir.
“Turizm yollayışı - vouçerin” doldurma qaydası :
Sənədin üz tərəfində : turistin adı və soyadı (name), mehmanxananın adı - yerləşəcək yer (hotel/ name;category), səfərin müddəti (duration of thetrip), xidmətin növü (services) - BB, HB, FB; nəqliyyat (transfer), yerləşdirmə (accommodtion) - SGL, DBL, TRL. Əlavə xidmətlər yerində sifariş olunur. Qrup şəklində olan turistlər üçün vouçerin arxa tərəfinə siyahı qeydiyyata alınır.Verilmə tarixi ( date of issue “_____”________20 -ci il; Şirkətin rəhbəri ___________/imza,möhür/