TƏLİM NƏTİCƏSİ 1
Partnyorlarla münasibətləri nizamlayan sənədlərə - turoperatorla onu turizm xidmətləri ilə təmin edən
təchizatçı təşkilatlarla münasibətləri nizamlayan sənədlər daxildir.
Müqavilələr təchizatçı təşkilatlarla münasibətlərin nizamlanmasında əsas sənəddir.
Təchizatçı təşkilatlarda öz fəaliyyətlərini həyata keçirmək üçün müvafiq lizenziyaya, sanitariya - epidemiologiya, təhlükəsizlik nəzarətindən razılıqlara malik olmalıdır.
1.4.1.
TURİZM MƏHSULUNUN SATIŞ KANALLARINI SAYIR
TUROPERATOR VƏ TURAGENT MÜNASİBƏTLƏRİ
Turoperator ilə turagent arasında işbirliyinin hüquqi statusu onlar arasında bağlanmış müqavilə
(razılaşma) ilə təsdiqlənir.
Qeyd etmək lazımdır ki, tur barədə müştəriyə verilmiş yalnış məlumata görə məsuliyyət tamamilə turagentin
üzərinə düşür.
Turagentlərin fəaliyyətini turoperatordan asılılığına görə fərqlənir:
- Müstəqil - öz seçiminə görə istənilən turoperatorun məhsulunu satır.
- Qismən asılı - bağlanmış sazişə əsasən konkret istiqamətdə yalnız bu turoperatorların
məhsulunu satır.
- Retail (pərakəndə satış) - bağlanmış sazişə əsasən müəyyən dövr ərzində təyin edilmiş
sayda turoperatoru müştəri ilə təmin edir.
Hər bir turoperatorun fəaliyyəti turagentlər şəbəkəsinin yaradılmasına yönəlib. Effektiv işləyən şəbəkə böyük gəlirin əldə edilməsinə şərait yaradır. Beləliklə turopertor məhsulunu satmaq üçün satış şəbəkəsi yaradır.
Satış kanalları
Turoperator və turagent münasibətləri əsasən satış strategiyasının hazırlanması və həyata keçirilməsi məsələləri ilə bağlıdır.
Bu məsələlərin həlli satış kanallarının seçilməsindən başlanır:
Turizm məhsulu satış kanalı vasitəsilə zaman, məsafə, mülkiyyət hədlərini keçərək istehsalçıdan istehlakçıya çatdırılır. Satış kanalı bir neçə səviyyədə ola bilər: