TƏLİM NƏTİCƏSİ 1
- Qrup işi. Müştəriyə xidmətin keyfiyyətini yüksəldən tədbirlərlə tanış olmaq.
- AMADEUS proqramı ilə tanışlıq.
- Düşünün ki, bir çox agentliklərin fəaliyyət göstərdiyi Bakı şəhərində agentlik açmısınız:
- İşə başlamaq üçün turizmin hansı növünü seçərdiniz?
- İstehlakçıları (tuirstləri) necə cəlb edəcəksiniz?
- Nəyə görə müştərilər məhz sizin xidmətlərinizi seçəcəklər?
1.7. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Turizm firması yaradarkən vətəndaşın toplamalı olduğu sənədləri sadalayır”
- Turizm fəaliyyətinə başlamaq istəyən şəxs (hüquqi və ya fiziki) hansı biliklərə sahib olmalıdır?
- Turizm firması yaratmaq üçün tələb olunan sənədlər hansılardır?
“Turizm firmasının fəaliyyətə başlanmasında həyata keçirilən mərhələləri müəyyən edir.”
- Daha çox turist cəlb etmək üçün ofisin yeri və struktru necə olmalıdır?
- Ofis texnikası dedikdə nə başa düşülür?
- İşçi seçimi nəyə əsasən kim tərəfindən aparılır?
- İşçiyə maaş verilmə üsulları hansılardır?
- Biznes plan nədir?
“Turizm müəssisəsində sənədləşmənin rolunu qeyd edir”
- Turizm firmasının sənədləşməsində tələb olunan sənədlər hansılardır?
- Müəssisənin dövlət qeydiyyat sənədləri hansılardır?
- “Turizm yollayışı - Vouçer” - in doldurulma qaydası necədir?
- Partnyorlarla əməkdaşlığı nizamlayan sənədlər hansılardır?
“Turizm məhsulunun satış kanallarını sayır”
- 1) Turoperator və turagent arasında münasibətlər nəyə əsasən tənzimlənir?
- 2) Satış yerinin əsas fəaliyyət funksiyasına nələr aiddir?