TƏLİM NƏTİCƏSİ 2
2.2.1.
TUROPERATORUN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNİ QEYD EDİR
TUROPEREYTİNQİN FƏALİYYƏTİ
Turizm fəaliyyətini Ümumdünya Turizm Təşkilatı (BMÜTT) gəlmə (incoming), getmə (outgoing) və daxili (iside) turizm formaları kimi təsnifatını müəyyənləşdirmişdir.
• Outgoing fəaliyyəti xüsusilə çətin olan bir sahədir. Bu fəaliyyətin mürəkkəbliyi ondan ibarətdir ki, turoperator bu istiqamət barədə - xarici ölkələr haqqında hərtərəfli məlumata malik olmalıdır. Bundan əlavə bir sıra spesifik amilləridə nəzərə almalıdır:
- saat qursaqları;
- qəbul edən ölkədə iş rejiminin təşkili;
- ölkədə rabitənin inkişaf səviyyəsi;
- əməkdaşlıq edəcəyin xarici meet-kompaniyanın imici;
- partnyorun coğrafi uzalığı və s.
Outgoing-ə maraq artdıqca turoperatorlar təyyarələrin fraxt (alman sözüdür - su ilə daşınan yükərin və ya sərnişilərin yol xərcləri deməkdir) edilməsinə yiyələnir. Turistlərin sayı çox olarsa turoperator çarter reysləri təşkil edə bilir.
Outgoingturoperatorlar iki fərqli sistemlə iş görür: prezentativ və reprezentativ.
• Prezentativ- turoperatorun xaricdə öz nümayəndəsi olur (fiziki şəxs, nümayəndəlik, filial).
Nümayəndəliyin olması işlərin daha operativ yerinə yetirilməsinə imkan yaradır.
• Reprezentativ əməkdaşlıq - bu formada bağlanmış müqaviləyə əsasən xarici yerli təşkilat
(“meet kompaniya”) turistlərimiz üçün nəzərdə tutulmuş bütün xidmətləri həyata keçirir.
• İncoming (gəlmə) fəaliyyəti zamanı turoperator öz ölkəsinin ərazisində xarici turistlər üçün turların hazırlanması ilə məşğul olur. İncoming turopereytinqin daha prestijli istiqaməti sayılır.
Çünki bu halda ölkəyə valyuta daxil olur. Turoperator xarici turistlərə yüksək səviyyəli xidmət göstərmək üçün turların elastikliyinə və müxtəlifliyinə diqqətini artırmalıdır.
Gəlmə turlara xarici vətəndaşların marağını artirmaq məqsədilə ölkəmizin turizm resruslarınınunikalığı barədə ətraflı məlumat verməlidir.
• Daxili turizmdə də hotellərin icarəyə götürülməsi təcrübəsi həyata keçirilir. Ölkə daxilində istirahət edən vətəndaşlar az gəlirli əhali sayılır. Bu zaman turizm firmaları dövlət və özəl şirkətlərlə mqavilə bağlayaraq həmin təşkilatların işçilərinə Azərbycanın hüdudlarında istirahət etməyi təklif edirlər.