TƏLİM NƏTİCƏSİ 2
2.3.1. TUROPERATORUN YERLƏŞDİRMƏ OBYEKTLƏRİ İLƏ İŞİN DÜZGÜN QURULMASINDAN DANIŞIR
TURLARIN FORMALAŞMASINDA YERLƏŞDİRMƏ MÜƏSSİSƏLƏRİ İLƏ İŞ BİRLİYİ
Yerləşdirmə obyekləri ilə işin düzgün qurulması həmin ərazidə şirkətin uzunmüddətli işləməsi
üçün əsas yaradır. Yerləşdirmə obyekti ilə bağlanan müqavilədə göstəriləcək xidmətlər, rezervasiya
və bron, mövsümilik, güzəştlər, yerləşdirmə obyektlərinin dərəcələri, hesablaşma qaydaları,
öhdəliklərə görə tərəflərin məsuliyyətləri və s. şərtlər əks etdirir.
Turoperatorun fəaliyyətinin uğurlu olmasının 99% - i yerləşdirmə obyektləri ilə bağlıdır. Yerləşdirmə
obyektləri adətən turistləri qida ilə də təmin edə bilirlər.
Mehmanxana sənayesi insanlara iki əsas xidmət göstərir: yerləşdirmə və qidalanma.
Turoperatorla hotelyerin əməkdaşlığını şərti olaraq iki qrupa ayırmq olar.
• otaqların satılma riski hotelyerdən turoperatora keçməsi baş verir. Bu zaman hotel
xidmətlərinə görə turoperator böyük güzəştlər əldə edir:
- hotelin icarəsi
- komitment və elotment şərtləri ilə blok otaqların alınması
- geri çağrılmadan bronlaşdırma
• ikinci qrupda risk hotelyerdən turoperatora keçmir. Eyni zamanda böyük güzəştlər nəzərdə
tutulmur.
Hotelin icarəsi
Hoteli icarə etmək üçün turoperator böyük maliyə imkanlarına və icarə müddəti ərzində otaqları
satmaq imkanına malik olmalıdır. Eyni zamana kommersiya risqi də hotel müdiriyyətindən
turoperatora keçir.
İcarəyə verilmiş hotelin bronlaşdırma xidməti turoperatordan turistlərin gəlmə tarixlərini, onların
sayını və şəxsiyyətləri,onların yerləşdirmə şərtləri barədə məlumat alır.
İcarə haqqının ölçüsü bir sıra amillərdən asılıdır:
- hotelin dərəcəsi, yerləşdiyi yer, populyarlığı;
- hotelin otaqlarının kataqoriyası;
- otaqların sayı;
- icarə müddəti;
- ödəmə şərtləri;
- razılaşdırılmış əlavə xidmətlərin sayı və keyfiyyəti;
- müştərilərin hotelə gəlməsinin dinamikası;