TƏLİM NƏTİCƏSİ 3
- Marşrutun pasportu - burada marşrutun təfsilatlı izahı verilir.
- Turun proqramı - burada konkret turun müddəti, günlər və saatlar üzrə turun həyata keçirilməsi əks olunur.
- İnformasiya (məlumat) vərəqi;
- Yaddaş vərəqi;
- Meet - kompaniya ilə bağlanmış müqavilə;
- Marşrutun kataloqu, reklam materialları;
- Xidmətlərin yerinə yetirilməsi barədə qeyd blankı.
3.6.1.
TURUN QİYMƏTİNİ HESABLAYIR
TURPAKETİN QİYMƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ
Turpaketin qiymətinin xərclərə görə müəyyən edilməsinin bir neçə variantı vardır. Yadda saxlamaq lazımdır ki, avtobusla səyahətə çıxanda sürücünün yerləşdirilməsi və qidalanması ümumi xərclər daxilində hesablanmalıdır.
Bu variantlardan birini aşağıdakı nümunə ilə nəzərdən keçirək:
Bakı - Masallı - Lənkəran - Bakı turu/ 3 gecə və 4gün; 20 turist, 1 qrup rəhbəri, 1 avtobus sürücü = 22 nəfər.
- Bakı - Masallı : 1-ci gün səhər Bakıdan çıxış, günorta Masallıya gəlmə;
- Avtobusun icarəsi: 1 gün 120 manat x 4 gün = 480 azn;
- Masallıda 1 gecə yerləşmə və səhər yeməyi : 1 nəfər = 20 azn, 22 x 20 azn. = 440 azn
- Masallıdan günorta yeməyi 12 azn və axşam yeməyi 12 azn. Masallıda yemək cəmi :
(12 azn x 22 )+(12 aznx 22) = 528 azn
- Masallıda bir ekskursiya : 20 turist x 2 azn = 40 azn
- İkinci gün səhər Masallıdan çıxış günorta lənkərana gəlmə
- Lənkəranda iki gecə yerləşmə və səhər yeməyi: 1 nəfər = 35 azn; 22 nəfər x 35 aznx 2 = 1540 azn
- Lənkəranda günorta yeməyi 12 azn və axşam yeməyi 12 azn. Lənkəranda yemək cəmi
: (12 azn x 22 x 3 dəfə)+(12 azn x 22 x 2 dəfə)=1320 azn
- Lənkəranda bir ekskuriya, 20 turist x 2 azn = 40 azn
- Digər xərclər: 150 azn