TƏLİM NƏTİCƏSİ 4
Viza
Xarici ölkəyə getmək üçün viza almaq lazımdır. Viza - xarici ölkəyə daxil olmaq və oradan çıxmaq haqqında icazədir.Bu icazə qeyd şəklində pasportda göstərilir və ya qrup şəklində ayrıca vərəqdə hazırlanır. Viza bir və ya çox dəfəlik olur.
Bir dəfəlik viza - müəyyən müddət ərzində hər hansı ölkəyə daxil olmaq üçün verilir.
Çox dəfəlik vizalar verilən müddətdə sərhədi istnilən qədər keçməyə imkan verir.
Viza almaq üçün səyahətə dəvət edən turizm təşkilatının və ya başqa işgüzar təşkilatın, ailə üzvlərinin dəvətnaməsi lazımdır. Viza almaq üçün viza anketi doldurulur, konsulluq rüsumu ödənilir. 1989- cu ildə Haaqa Bəyannaməsi qəbul edilmişdir. Bu bəyannamə bütün ölkələrdə viza rejiminin sadələşdirilməsi tövsiyə etmişdir.
Şenqen vizası
14 iyun 1985 - ci ildə Lüksenburqun Şenqen şəhərciyində Avropanın 5 ölkəsi - Belçika, Niderland, Lüksemburq, Fransa və Almaniya öz aralarında pasport nəzarətinin ləğvi haqqında saziş imzaladılar. Bu hüquq şenqen vizası ilə iştirakçı dövlətlərdən birinə daxil olan xarici turistlərə və hər kəsə şamil edilir. 2007 - ci ildə sazişə qoşulan ölkələrin sayı 30 olsa da, hələlik şenqen vizası ilə 25 ölkəyə getmək mümkündür.
Şenqen vizası 3 ay müddətinə verilir.
Şenqen vizasının 2 növü mövcuddur.
- qısamüddətli viza - 1 gündən 20 günə kimi davam edir.
- illik viza - 180 gün müddətində dəfələrlə sərhəddi keçərək edilən səyahətlər zamanı verilir.
Qeyd etmək lazımdır ki, əgər turist Şenqen ölkələrinin qanunlarını pozubsa bu səbəbdən ölkədən çıxarılıbsa, o zaman həmin turistlər bütün Şenqen ölkələrinə getməyi qadağanedilir.
4.3.1.
GÖMRÜK RƏSMİYYƏTÇİLİYİNİN ƏSAS MƏQSƏDİNİ VURĞULAYIR
GÖMRÜK RƏSMİYYƏTÇİLİYİ
Gömrük rəsmiyyətçiliyi - dövlət sərhədlərini keçən şəxslər üçün ölkədən çıxarılan və ölkəyə gətirilən mallara və valyutaya olan gömrük nəzarətidir. Bu nəzarət gömrük məntəqələri tərəfindən aparılır. Əgər qiymətli əşyalar, valyuta və ya başqa mallar gömrük qaydalarına uyğun gəlmirsə, onda gömrük işçilərinin onları müsadirə etməyə ixtiyarları var. Əgər bu əşyaları turist bəyannamədə göstərirsə və qanundan xəbər yoxdursa bu əşyalar götürülür və turist geri qayıdanda özünə qaytarılır.