TƏLİM NƏTİCƏSİ 4
- malların təyin edilmiş normadan artıq keçirilməsinin qarşısının alınması;
- təyin edilmiş normadan artıq valyutanın keçirilməsinin qarşısının alınması;
- axtarışda olan şəxslərin müəyyən edilməsi və onların sərhəddi keçməyə imkan verilməməsi;
- qanunla qadağan edilmiş malların sərhəddən keçirilməsinin qarşısının alınması.
Turpaketin satışı zamanı müştərini sərhədi keçmək, malların və valyutanın hər iki tərəfə keçirilməsi barədə gömrük qaydaları ilə tanış etmək zəruridir.
16 yaşına çatan vətəndaşlar mütləq gömrük bəyannaməsi doldururlar. Bəyannamə sərhəddi keçənin özündə qalır.
Qoyulan normadan artıq malın ölkədən çıxarılması xüsusi vergi ilə tənzimlənir. Lakin gömrük qaydaları bütün ölkələrdə eyni deyil. Məsələn, elə mallar varki Azərbaycan gömrük qaydalarında onun ölkədən çıxarılmasına icazə var amma turistin getdiyi ölkədə o malın ölkəyə daxil edilməsi qadağan ola bilər.
4.4.1.
TİBBİ RƏSMİYYƏTÇİLİYİN ƏHƏMİYYƏTİNİ MƏRUZƏ EDİR
TURİSTLƏRİN SIĞORTALANMASI
Səyahət zamanı turistlərin sığortalanması onların şəxsi həyatını və əmlakını qorumaqdan ötrü aparılır. Zərərçəkənə dəymiş ziyanın ödənilməsi sığorta müqaviləsində (sığorta polisi) müəyyən edilmiş sığorta məbləği həddi daxilində həyat keçirilir.
Sığorta haqqı sığorta müqaviləsinə müvafiq olaraq sığortaçı və ya sığortalı tərəfindən ödənilməli olan pul məbləğidir.
Sığortanın 3 əsas növü tətbiq edilir:
- Əmlak sığortası - burada sığorta obyekti müxtəlif maddi qiymətlilər olur;
- Şəxsi sığortalanma - burada fiziki şəxslərin həyatında baş vərən müxtəlif sığorta münasibətləri. O
cümlədən tibbi sığorta əsas yer tutur.
- Məsuliyyət sığortası - burada üçüncü şəxsə dəymiş ziyanın ödənilməsi üzrə öhdəliklərdir.
Tibbi sığortalanma
Tibbi xidmətin yüksək olması ilə əlaqədar olaraq bir çox ölkələr turistlərin tibbi sığortalanmasını tələb edir. Məsələn : Şenqen zonası ölkələrinə daxil olmaq istəyən turistlərin mütləq tibbi sığortası olmalıdır.