TƏLİM NƏTİCƏSİ 4
Minimal tibbi sığorta xidmətləri aşağıdakıları əhatə edir:
- sığorta məbləği daxilində təcili tibbi yardım;
- qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bədən xəsarəti almış sığortalının yaxınlıqdakı
xəstəxanaya çatdırılması;
- sığortalının daimi yaşadığı ölkədə hava limanına çatdırılması;
- sığortalının yanında olan həddi-buluğa çatmamış uşaqların bir tərəfə ekonom-
klasslaçatdırılması;
- sığortalının ölümü zamanı
cənazənin vətənə qaytarılması
- sığortalının hospitalda
(xəstəxanada) qalma müddəti
10 gündən çox olduğu halda,
qohumların birinin ekonom-klassla
hər iki tərəfə getmək xərclərinin
ödənilməsi;
- servis mərkəzi ilə telefon
danışıqların ödənilməsi;
4.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
- Qruplara ayrılın və agentlikdə ölkəyə daxil olma və ölkəni tərk etmə
qaydaları ilə tanış olmaq.
- Turizm agentliyində beynəlxalq bronlaşdırma proqramlarından istifadəni öyrənin və tətbiq
edin.
- Qruplara ayrılın və agentlikdə vizanın hazırlanması üçün lazım olan sənədlərlə tanış olmaq.
- Şengen vizasına daxil olan ölkələr haqqında məlumat toplayın.
- Qrupla iş.Gömrük rəsmiyyətçiliyi haqqında məlumat toplamaq.
- Qruplara bölünün və gömrük rəsmiyyətçiyinin tətbiqinin məqsədini araşdırın.
- Qruplara ayrılın və sığortanın növləri haqqında məlumat toplayın.
- Sığorta şirkətləri haqqında məlumat toplayın.