TƏLİM NƏTİCƏSİ 5
4.6.
QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Turist rəsmiyyətçiliyinin qaydalarını bilir.”
1)
Turist rəsmiyyətçiliyi nədir?
2)
Turist rəsmiyyətçiliyinin formalarını izah edin.
“Vizanın növlərini və turistə viza almağın yollarını nümayiş etdirir.”
1)
Xarici passport və viza sənədləşməsi haqqında nə bilirsiniz?
2)
Viza əldə etmək üçün toplanan sənədlər hansılardır?
3)
Şengen vizasının növlərini sadalayın.
“Gömrük rəsmiyyətçiliyinin əsas məqsədini vurğulayır.”
1)
Gömrük rəsmiyyətçiliyi nədir?
2)
Gömrük işçilərinin hansı malları müsadirə etməyə ixtiyarı var?
3)
Turistdən alınan əşyalar hansı halda turist geri qayıdanda özünə qaytarılır.
“Tibbi rəsmiyyətçiliyin əhəmiyyətini məruzə edir.”
1)
. Turistlərin sığortalanmasının əhəmiyyəti nədədir?
2)
Minimal tibbi sığorta xidmətlərinə nə aiddir?
3)
Sığorta hadisəsi baş verdikdə sığortalı nə etməlidir?
5.1.1.
TURİZM MARKETİNQ SAHƏSİNDƏ ZƏRURİ BİLİKLƏRİ SADALAYIR
TURİZMDƏ MARKETİNQİN MAHİYYƏTİ
“Marketinq” sözü ingilis sözündəki market (bazar) sözündən əmələ gəlmişdir və onun mənası bazar fəaliyyətnin öyrənilməsi deməkdir.
Turizm öz xüsusiyyətlərinə görə digər təsərrüfat fəaliyyətlərindən prinsip etibarı ilə fərqlənmir. Ona görə də, marketinqin əsas müddəaları bütövlükdə turizmə tətbiq oluna bilər. Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsalı və satışı ilə nəticələnir.