TƏLİM NƏTİCƏSİ 5
- Xarici faktorların qiymətin formalaşmasına təsiri
- Qiymət əmələgətirmə üsulunun seçilməsi
- Müəssisənin qiymət strategiyasının təyin olunması
Turizm müəssisəsində qiymət strategiyası
Qiymət strategiyası - müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir. Qiymət strategiyası məhsulun yeni və ya köhnə olmasından asılıdır.
Məhsulun qiyməti təyin edilməsində bir sıra daxili və xarici amillər təsiredici qüvvəyə malik olurlar.
Qiymətin əmələ gəlməsində daxili amillər
Məhsulun qiymətini maksimum təyin etməklə məqsəd cari mənfəətin maksimuma çatdırılmasıdır:
- Şirkət başqalarında olmayan unikal məhsul təklif edir;
- Bu və ya digər məhsullara tələbat təklifdən çoxdur.
Qiymətin əmələ gəlməsində xarici amillər
- Təkliflə tələbatın nisbəti;
- Rəqib qiymətlərin səviyyəsi və dinamikası;
- Dövlət tərəfindən iqtisadiyyatın, o cümlədən turizm sahəsinin tənzimlənməsi;
- İstehlakçılar.
Qiymətin təyin edilməsi şirkətin imicindən də asılıdır. Ad qazanmış şirkətə müştərilər daha çox etibar edirlər. Orta təbəqə müştərilər arasında orta keyfiyyətli xidmət təklif edən şirkətlər daha çox tanınır.
5.4.1.
FƏRDİ SATIŞLARIN ƏHƏMİYYƏTİNİ VURĞULAYIR
FƏRDİ SATIŞ PROSESİ
Fərdi görüşlər və söhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştirak edirlər. Bu ünsiyyət telefon, internet, email və şəxsi görüş zamanı mümkün olur. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhətlər verməyi bacarmalıdır. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandırmaqda və bu məhsulu almağa təqid etməkdə şəxsi görüşlər əvəzsizdir.
Şəxsi görüşlər iki məqsədlə təşkil olunur: birincisi şəxsi əlaqələri yaratmaq və ikincisi turist məhsulunu satmaq üçün.