TƏLİM NƏTİCƏSİ 1
1.2.1 İCMAL EKSKURSİYANIN TƏŞKİLİNİ METODOLOJİ ƏSASLARINI SADALAYIR
EKSKURSİYA METODİKASINA YİYƏLƏNMƏ
Ekskursiya metodikasına yiyələnmə - peşəkarlığın əsasıdır. Ekskursiya - qarşıya qoyulmuş məqsədə nail olunmasına yönəlmiş, bir-biri ilə qarşılıqlı şəkildə bağlı olan və bir-birini şərtləndirən fəaliyyətin məcmusudur. Ekskursiya zamanı fəaliyyət müxtəlif olur və bir sıra amillərlə, o cümlədən, qrupun marşrut üzrə hərəkəti (obyektlərin piyada və ya avtobusla baxışı) marşruta daxil edilmiş abidələrin müşahidəsi, ekskursiya rəhbərinin izahları və s. bağlı olur. Ekskursiya zamanı edilən işlər , ekskursiya rəhbərinin və turistlərin fəaliyyətinə bölünür. Hər iki fəaliyyət növü ekskursiyanın məqsədi ilə birləşir. Ekskursiya rəhbərinin metodikanı yaxşı bilməsi, ekskursiyanın yüksək səviyyədə hazırlanması və keçirilməsinə zəmindir. Ekskursiya metodikası, həm də təsdiq olunmuş qaydalar və tələblər əsasında iş aparmaq bacarığıdır. Ekskursiya metodikasının təyinati ekskursiya iştirakçilarının (ekskursantlar, turistlər) ekskursiya materialını daha yaxşı mənimsəməsinə kömək etməkdir. Ekskursiyanın əsasını obyektlərin nümayişi təşkil edir. Obyektlərin seçiminin düzgün aparılmaması ve nümayiş etdirmə metodikasından bacarıqsız istifadə edilməsi, ekskursiyanın keyfiyyətsiz və nümayiş təəssüratının itirilməsi ilə nəticələnə bilər.
Ekskursiya metodikasının əsas məqsədi - insana obyekt (əşya, hadisə) barəsində mümkün qədər dolğun təsəvvür əldə etməyə kömək etməkdir. Metodikanın tələblərindən biri də biliklərin mənimsənilməsi prosesi kimi ekskursiyanın arası kəsilmədən , yəni ekskursiya materialının bu ekskursiyanın aparılması üçün ayrılmış olan 180 dəqiqə ərzində turistlərə təsirinin təmin olunmasıdır(avtobusla 4 saatlıq praktiki ekskursiyada - 4 akademik saat 4x45 dəqiqə). Bu zaman nümayiş müddəti 180 dəqiqəyə bərabər olmur, eləcə də, danışıq üçün ayrılan müddət də 180 dəqiqədən azdır. Ekskursiyaya bütövlükdə ayrılmış vaxt = nümayiş üçün ayrılmış vaxt + danışıq üçün ayrılmış vaxt + fasilələr.
İstənilən ekskursiyanın bu sxem üzrə qurulması ekskursiya materialının daha yaxşı qavranılmasına kömək edir. Metodika nümayiş və danışıq arasında vacib olan bağlılığı və qarşılıqlı əlaqəni müəyyənləşdirir və bu zaman bir halda onların ahəngini, uyğunlaşmasını, əlaqələnməsini, digər halda onların sıralanmasını, üçüncü halda isə həm bu, həm də digər elementin olmamasını nəzərdə tutur.
Nümayiş və danışıqdan istifadənin 4 variantı məlumdur, onlar demək olar ki, hər bir ekskursiya
üçün
xarakterikdir.
Birinci variant - nümayiş və danışıq eyni vaxtda gedir- Ekskursantlar haqqında
danışılan obyekti müşahidə edirlər.