TƏLİM NƏTİCƏSİ 1
Danışma üsulları isə öz növbəsində, obyektin izahı üzərində qurulmuş, obyektin daxili görünüşünün təsviri əsasında qurulan, ekskursantlarda assosiyasiyalar (şüarda ayrı-ayrı təsəvvürlər arasında əlaqə) yaradan, reportaj üsullarına (bu üsullar müşahidə edilən obyektdə hal-hazırda baş verən dəyişiklikləri başa düşməyə imkan verir) və obyektin incəsənət elmi baximindan təhlilinə əsaslanan üsullara ayrılır. Metodiki üsulların qrupları da mövcuddur ki, bunlarda ekskursiya materialının təqdimatını daha da rəngarəng etməyə, onu canlandırmağa xidmət edən, günün müxtəlif vaxtlarında (səhər-axşam) ekskursiyaların aparılması; ekskursiyanın müxtəlif fəsillərdə aparılması və ekskursant qrupunu tərkibin müxtəlifliyinə hesablanan üsullara ayrılır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, metodiki üsullar ümumi (bütün ekskursiyalara şamil edilən, misal üçün müqayisə üsulu)və xüsusi üsullara (yalnız müəyyən ekskursiyalarda istifadə olunan, misal üçün təbiət ekskursiyaları zamanı meşənin səsini dinləmək üsulu) ayrılır.
1.3.1 İCMAL EKSKURSİYANIN APARILMA MƏRHƏLƏLƏRİNİ VURĞULAYIR
EKSKURSİYA APARILMASININ ƏSAS METODİKİ ÜSULLARI
Hər bir ekskursiya iki əsas elementin uyğunlaşmasına əsaslanır: ekskursiya obyektlərinin nümayişi və obyekt haqqında danışıq. Nümayiş və danışıq vaxt ölçüsü, bütün növ ekskursiyalar üçün eyni deyildir. Danışıq və nümayişin qarşılıqlı nisbəti dəyişməlidir. Bir ekskursiyadakı müəyyən bir obyektin nümayişi zamanı ona sərf olunan vaxta və keçirilmə metodikasına görə, digər obyektin nümayişindən fərqlənir. Belə fərqlənmələr danışıqda da (konkret və ya geniş) ola bilər.
Nümayiş etdirmə əyanilik prinsiplərinin reallaşdırılması prosesi, ekskursiya obyekti ilə və ya eyni zamanda bir neçə obyektlə (məsələn, memarlıq abidəsi və ya memarlıq kompleksi) əyani tanış olma üsulu. Nümayiş etdirməyə, ekskursiya bələdçisinin obyektin mahiyyətinin açıqlanmasına yönəlmiş hərəkəti (və ya hərəkətlərinin toplumu) kimi baxıla bilər.