TƏLİM NƏTİCƏSİ 2
Qədim sivilizasiyaların mövcud olduğu avropanın cənub şərqi (İtaliya, Yunanıstan), Afrikanın şimalı (Qədim Misir) və ön asiya (Mesapatomiya ərazisi). Çin, Hindistan kimi şərq ölkələri tarixi abidələrlə zəngindir. Azərbaycan avropa mədəniyyət konvensiyasına qoşulmuş, YUNESKO ilə əməkdaşlıq etmiş və beynəlxalq aləmdə mövqeyimizin güclənməsi turizm potensialını artırmışdır. MDB ölkərində turist qəbuluna görə ön yerdə durur. Bunun əsl səbəbi Azərbaycanın təbiətinin rəngarəngliyi və dövlətimizin turizmin inkişafına diqqətindən irəli gəlir.
Tarixi abidələrə ekskursiyalar təşkil olunan zaman bələdçi və ya ekskursiya rəhbəri tarixi-coğrafi bilikləri bilməli və təhlükəsizlik qaydalarına əməl edərək ekskursiya iştirakçılarını lazımı biliklərlə təmin etməlidir.
2.2.1. MEMARLIQ VƏ ŞƏHƏRSALMA EKSKURSİYASININ APARILMA TEXNİKASINI VURĞULAYIR
AZƏRBAYCAN MEMARLIQ MƏKTƏBLƏRİ
Azərbaycan qədim memarlıq abidələri ilə zəngindir.Bunlardan bəziləri günümüzə qədər gəlib çatmışdır. Hər bir bölgənin özünəməxsus xüsusiyyətlərinin formalaşması məhz memarlıq məktəbləri ilə bağlıdır.Naxçıvan memarlıq məktəbinin ən görkəmli nümayəndəsi Memar Əcəmi, Şirvan memarlıq məktəbinin isə Məsud Davudoğlu olmuşdur.
1. Aran memarlq məktəbi: Azərbaycan memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olduğu zaman Bərdə böyük və məşhur bir şəhər idi. Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var. Qədim memarlıq ənənələri ilə islamiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir.