TƏLİM NƏTİCƏSİ 2
Memarlıq və Şəhərsalma ekskursiyaları
Bu ekskursiyalar Azərbaycan şəhərsalma tarixinin mühüm mərhələləri ilə tanış edir. Səyahət nəqliyyatla
və ya piyada təşkil oluna bilər. Ekskursiyalar qoruqlarda ,müxtəlif tarixi dövrü əks etdirən binalarda
həyata keçirilə bilər. Ekskursiya rəhbəri bəzi tarixi binaların ilkin variantını ekskursiya üzvlərinə
göstərə bilmədikdə əyani vəsaitlərdən istifadə edə bilər.
1. Memarlıq ekskursiyaları: Ekskursiya rəhbəri olaraq memarlıq üslublarını da səyahətçilərə çatdırmalıdır. Memarlıqda müxtəlif üsullar var bunlara misal olaraq qotik, borokko, dorik, roman və s. Səyahət edən zaman yeni memarlıq abidəsini izləyərkən səyahət iştirakçıları elə yerdə yerləşdirilməlidir ki, obyekt yeni təsurat və biliklər yaratsın.
2. Şəhərsalma ekskursiyaları: Memarlıq mövzulu şəhər ekskursiyaları böyük bir tarixi dövrü,müəyyən dövr memarlıq abidələrini ya da bir memarın yaradıcılığını əhatə edə bilər.Bu ekskursiyaları apararkən memarlıq abidələrinin izahı xronoloji olaraq verilməlidir. Müasir dövrün şəhərsalma haqda məlumat vermək üçün ekskursiya rəhbəri müasir şəhərsalmanın inkişafı və problemləri ilə yaxından tanış olmalıdır.
2.3.1. İNCƏSƏNƏTŞUNASLIQ EKSKURSİYALARINI İZAH EDİR
İNCƏSƏNƏTLİK EKSKURSİYALARI
İncəsənətlik ekskursiyaları turistlərin ən çox maraq göstərdikləri ekskursiyalardandır.Bu ekskursiyalar incəsənətin müxtəlif sahələrinə təşkil olunur ki, onlarda insanlarda estetik zövq və tərbiyə formalaşdırır. İncəsənətlik ekskursiyaları qəlblərdə yatıb qalan gizli hisləri oyatmaqla yanaşı ona öz özlüyündə daha diqqətli dərindən diqqət yetirməyi vadar edir. Ekskursiyanın insanlarda zövq formalaşdırması və başlıca vəzifəsi məhz bundan ibarətdir. Məsələn: sərgilərə edilən ekskursiyalar zamanı nümayiş etdirilən çoxsaylı əsərlər milli elementlərin və müasir incəsənətin müxtəlif elementlərini özündə birləşdirirsə bu isdər isdəməz ekskursiyanın marağına səbəb olar və yaddaşlarda dərin iz buraxar. İncəsənət əsərlərinin nümayişi zamanı rəssamın fırça ilə işlədiyi əsərlərlə yanaşı müxtəlif maraqlı fotoşəkillər iştirakçılar arasında maraq doğurur. Ölkəmizdə olan muzeylər və şəkil qalereyalarına təşkil olunan ekskursiyalar turistlər tərəfindən hər zaman maraqla qarşılanır. Bunlardan S. Bəhlulzadə adına şəkil qalereyasını, Müasir incəsənət mərkəzi və s. göstərmək olar. Ölkəmizin mədəni zənginliyinin Şərq və Qərb mədəniyyətinin mütərəqqi komponentlərini özündə əks etdirən, sərgilər xalqların yaxınlaşmasında və qarşılıqlı anlaşmasının dərinləşməsində vacib rol oynayır. İncəsənətlik ekskursiyalarının əsas komponenti zövqlü və nadir incəsənət nümunələridir.