TƏLİM NƏTİCƏSİ 2
Xalçaçılıq sənətinin qorunduğu və inkişaf edtdiyi sahələrə ekskursiyalar
Xalçaçılıq, bədii oyma, toxuma, zərgərlik və sairə sənət növləri üzrə nümunələr xalqın bədii
zövqü olmaqla bərabər onun məişətinin ayrılmaz hissəsi olmuşdur. Xalçaçılıq sənəti Azərbaycan
mədəniyyətinin bir hissəsidir. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir.
Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bu gün
Azərbaycanda öz gözəlliyi və unikallığı ilə seçilən Lətif kərimov adına Xalça muzeyi tikilib başa
çatmış və maraqlı, nadir eksponatları özündə cəmləşdirir.
Teatr sahələrinə ekskursiyalar
İncəsənətin bir növü olan teatr tamaşaları hələ qədim zamanlardan sivilizasiyanın inkişaf etdiyi ölkələrdə estetik və mənəvi tərbiyə baxımından müasir və tarixi mövzularla, teatr xadimləri, aktyorlarla görüşlər insanların maraq dairəsində olmuşdur. Teatr tamaşaları bədii yaradıcılıq, canlı ifa, dekorasiya, illüstrasiyaların göstərilməsi baxımından insanın mədəni inkişafına birbaşa təsir edir. Teatr binaların layihələri, eskizləri incəsənət ekskursiyalarının kompozisiyası kimi əyani şəkildə göstərilməklə ekskursiyanı daha maraqlı və dəyərli edir.
2.4.1 ƏDƏBİ SƏRGİ VƏ MUZEYƏ EKSKURSİYANI YERİNƏ YETİRİR
SƏRGİLƏRƏ EKSKURSİYALAR
Ekuskursiya işinin ümumi kompleksində xüsusi yeri sərgilərə təşkil olunan ekuskursiyalar tutur. Bu cür ekuskursiyalar turistlərin elm, iqtisadiyyat, mədəniyyət, kənd təsərrüfatı sahələrinin inkişafında insanların naliyyətləri ilə tanış olmasına kömək edir. Sərgi terminalogiyasını nəzərdən keçirək. Sərgi dedikdə zamanın cox kiçik intervalında həyata keçirilən nümayiş prosesidir. Burada muzeydən fərqli olaraq ekspazisiyalar zamana görə kiçik dəyişikliklərə məruz qalır. Sərgi termini geniş anlamda əşyaların işlərin sənət nümunələrinin, kollusiyalarının göstərilməsi kimi proses başa düşülür. Sərgi reklam üçün sənaye və kommersiya mallarının bitkilərin heyvanların incəsənət əsərlərinin kolleksiyalarının nümayişidir. Bədii mədəniyyətin milli təfəkkürün inkişafında əsas rol oynayan muzeylər tarix boyu insan tərəfindən yaradılmış bütün sərvətlərin qoruyucusudur.