TƏLİM NƏTİCƏSİ 3
3.1.1. EKO TURİZMİN XÜSUSİYYƏTLƏRİNİ MÜƏYYƏN EDİR
EKOTURİZM ANLAYIŞI
Ekoturizm təbiət turizminin xüsusi forması kimi, ətraf mühitə qayğı ilə bağlı termindir. İxtisaslaşmış səfərlər adətən kiçik qruplarla təşkil olunur. Belə səyahətlər zamanı bələdçilər təbiətə məhəbbətlə yanaşmağın, təbii sərvətlərin mühafizəsinin və ətraf mühitin qorunmasının vacibliyini turistlərə izah etməyə səy göstərir. Həmçinin ekoturizm məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədi ilə edilən səyahətdir. Belə səyahətlər zamanı eko sistemin bütövlüyü qorunmalıdır və yerli əhalinin mənafeyinə uyğun təşkil olunmalıdır.
Yerli əhali ilə əməkdaşlıq
Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Turizmin digər növləri ilə
müqayisədə insanlar tərəfindən daha az korlanmış təbii ərazilərdə həyata keçirilir.Bu turizm növü
ətraf aləmin çirklənməsinə və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu turizm növünü
həyata keçirən insanlarda xüsusi bacarıq və təcrübə lazımdır.
Ekoturizmin xüsusiyyətləri
Ekoturizmin əsas prinsipləri bunlardır:
1. Təbiətə səyahətdir, səyahətin məqsədi yerli təbiət və adət-ənənələrlə tanış olmaqdır.
2. Səyahət zamanı ekologiyaya qarşı neqativ halların qarşısını almaq lazımdır.
3. Ekoloji marifləndirmə və məlumatlandırma
4. Əhalinin turistik fəaliyyətindən gəlir əldə etməsi
Ekoturizm təbiətə səyahətdir
Turizmlə məşğul olan yerli və xarici mütəxəssislərin qənaətinə görə, ekoturizm üçün Azərbaycan dünyanın nadir məkanlarından biridir.