TƏLİM NƏTİCƏSİ 3
Burada Ore-byu, Ore-borner, Duved, Turqefel və Edsdallendda xizək sürməyi sevən insanlar üçün çoxlu sayda istirahət mərkəzləri, qış parkları, oteller və restoranları ilə seçilir. Mərkəzdən Ore-byuya gedən funikulyor 100 il əvvəl tikilməsinə baxmayaraq hələdə fəaliyyət göstərir.
Skandinavya ölkələrindən fərqli olaraq Fransada mövsüm daha gec, dekabrın ortalarından başlayır və mayın ortalarına qədər davam edir. Fərq həm də qiymətlərdədir. Keyfiyyəti isə heç də bahalı Skandinavya ölkərindən geridə qalmır. Məsələn, Monblan dağlarının ətəyində yerləşən Şimoni Avropanın ən hündür və xizək sürmək üçün ən əlverişli hissəsidir.
İtaliyada da mövsüm dekabr ayından başlayır və qiymətlər Fransada olduğu kimi seçdiyiniz otellərə görə dəyişir. İtaliyada dağ-xizək turizm zonaları Fransa, İsveçrə və Sloveniya ilə qonşu olduğu üçün sərhədlərin harada bitməsi heç kəsə məlum deyil və siz rahatlıqla digər ölkələrin də ərazisinə keçə bilərsiniz.
3.3.1 MİLLİ PARKLARA, QORUQLARA, YASAQLIQLARA EKSKURSİYA TƏŞKİL EDİR
MİLLİ PARKLAR, QORUQLAR VƏ YASAQLIQLAR
Azərbaycanda 13 qoruq, 9 milli park və 16 yasaqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni təşkil tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Yasaqlıqlarda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda isə bir sıra təsərrüfat işləri aparmaq olar.
Qoruqlarda və yasaqlıqlarda davranış qaydaları:
Hər bir ekskursiya iştirakçısı qoruqlara və yasaqlıqlara gedərkən ilk növbədə təhlükəsizlik qaydalarına
əməl etməlidir. Ekskursiya rəhbəri bunun üçün məktəbli, müəssisə işçiləri və yaxud sərbəst şəkildə
ekskursiya iştirakçıları olmaq istəyən şəxslər təhlükəsizlik qaydalarına imza atmalı və əməl
etməlidirlər. Qoruqlarda müxtəlif bitki və heyvanat aləmi ilə tanış olarkən,zərərli bitkilərə təmas
etməməli və heyvanlara zərər verəcək qədər yaxınlaşmamalıdırlar. Ekskursiya rəhbəri hər hansı bir
bölgəni gəzmədən öncə hər kəsə təhlükəsizlik qaydalarını bir daha izah etməlidir. Təbiətə səyahət zamanı
yana biləcək sahələri qorumalı və ətraf mühiti çirkləndirməməlidirlər.
Azərbaycanda aşağıdakı təbiət qoruqları vardır:
1) Bəsitçay Dövlət Təbiət qoruğu - Zəngilan rayonu ərazisində yerləşir, burada nadir təbii çinar
qorunur.
2) Qarayazı Dövlət Təbiət qoruğu, Qazax rayonu ərazisində yerləşir, qoruqda məhşur Qarayazı meşələrinin
təbiət kompleksi qorunur.