TƏLİM NƏTİCƏSİ 3
• Yasaqlıq anlayışını izah edin;
• Qoruq və yasaqlığın oxşar və fərqli xüsusiyyətlərini qeyd edin;
• Təbiətə səyahət zamanı təhlükəsizlik qaydalarını izah edin;
• Azərbaycanın tarixi memarlıq və təbiət qoruğu haqda təqdimat hazırla;
• Aqroturizm anlayışını izah edin;
• Azərbaycanın bölgələrinin aqroturizm inkişafında kənd əhalisinin gəlirinə təsiri adlı esse
yazın;
• Dünya ölkələrinin aqroturizmin xüsusiyyətlərini izah edin;
• Azərbaycanda bu turist sahəsinin inkişaf etdirilməsi yollarını araşdırın.
3.7. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Ekoturizmin xüsusiyyətlərini müəyyən edir”
• Ekoturizm nədir?
• Azərbaycanda turistlərin axın sxemi statistikaya görə necə dəyişir?
• Turizm haqqında qanun nə vaxt qəbul olunub?
• 1988-ci ildən bəri davam edən erməni təcavüzü ekoturizmə necə təsir göstərmişdir?
• Qədim dövrdə səyahətçilərin Azərbaycan haqda fikirləri necə idi?
“Dağ xizək turizmin xüsusiyyətlərini vurğulayır”
• Ekstermal turizmin hansı növləri var?
• Dağ xizəkçiliyin inkişafı üçün hansı amillər mühüm rol oynayır?
• Dövlətimizin bu turizm sahəsinin inkişaf etdirilməsi üçün hansı tədbirlər görmüşdür?
• Dağ-xizək turizmin vətəni hansı ölkədir?
• Avropanın şimal hissəsində dağ-xizək turizmin inkişaf etmə səbəbi nədir?
• Dağ–xizək turizm inkişafı ekologiyaya,flora və faunaya necə təsir göstərə bilər?
• Yaşadığınız bölgənin ekoturizm imkanlarını necə dəyərləndirirsiz?
“Milli parklara, qoruqlara, yasaqlıqlara ekskursiya təşkil edir”
• Hansı Azərbaycan qoruqlarını tanıyırsınız?
• Qoruq və yasaqlıqlara ekskursiyaların təşkil olunmasında məqsəd nədən ibarətdir?