«Ekskursiya» sözü latın «ekskursio» (çıxış, səyahət, səfər) sözündən qəbul olunmuşdur. Müasir anlayışda ekskursiya - diqqətə layiq yerlərin, tarixi və mədəniyyət abidələrinin metodiki düşünülmüş nümayişi və bu obyektlərlə bağlı hadisələrin nəql edilməsidir. Başqa sözlə ekskursiya - diqqətəlayiq obyektlərə (mədəniyyət abidələri, muzeylər, müəssisələr, müəyyən ərazi və s.) baş çəkməklə dərketmənin forma və metodudur. Ekskursiya bir qayda olaraq, ekskursiya bələdçisinin rəhbərliyi ilə kollektiv və ya fərdi şəkildə həyata keçirilir.
Ekskursiya - iki mühüm prosesin nəticəsidir: onun işlənib hazırlanması və həyata keçirilməsi. Bu proseslər bir-birilə bağlıdır. Ekskursiya məhsulunun yaradılması - menecer və ekskursiya bələdçilərinin
fəal iştirakını tələb edən mürəkkəb prosesdir. Gələcək ekskursiyanın məzmunu, dərketmə dəyəri bu şəxslərin bilik və təcrübə səviyyəsindən, səriştəsindən, pedaqogika vəpsixologiyanın əsaslarını mənimsəməsindən, ekskursiyaçılara təsir göstərə bilən ən effektli üsulları seçmək qabiliyyətindən birbaşa asılıdır. Ekskursiyalarda məntiqi ardıcıllıqEkskursiya zamanı bələdçi nə qədər məlumatlı olsa da yalnız müəyyən məntiqi ardıcıllığa əməl etməklə o, öz işində uğur qazana bilər. Turizmdə çox sayda bələdçi öz intuisiyasına və keçmiş təcrübəsinə əsaslanaraq verilmiş tapşırıqları yerinə yetirər və işində uğurlu ola bilər. Təcrübə göstərir ki, yalnız təbiət və humanitar elmlər sahəsində yüksək məntiqi savada malik bələdçilər ekskursiyalarda tələb olunan informasiyanı tam və qüsursuz çatdıra bilirlər. Məhz məntiqi ardıcıllıqla həyata keçirilən tanıtım bələdiçinin söhbətində, ekskursiya təhlilində və ekskursiyanın quruluşunda öz əksini tapmalıdır. Ekskursiyalar zamanı aşağıdakı məntiqi qanunlar öz əksini göstərir.