Bu baxımdan, ekskursiyalar zamanı bələdçi məntiqi üsullarla biliklər qazanılmasına diqqət edir. Ekskursiya prosesində müşahidə olunan obyektin üzərində məntiqi mühakimə aparılması maraq kəsb edir. Məntiqi mühakimə aşağıdakı məsələlərin həllinə imkan verir:
• Müşahidə olunan obyektin ətrafdakı digər obyektlərdən seçilib ayrılması;Beləliklə, məntiqi qanunlar ekskursiyanın hazırlanması və keçirilməsində mühüm rol oynayır. Bütün ekskursiya metodikası, onun qəbulu məntiqi qanunların tələblərinin nəzərə alınması ilə qurulur. Bələdçinin də bu sahədəki işi məhz ekskursiyanın tələbləri çərçivəsində qurulacaq məntiqi ardıcıllıqdan çox asılıdır.
Bələdçilər turistlərə məlumat verən şəxsdilər. Onların iki mənalı məlumat verməməsi və ölkə tarixi haqqında səhv danışmaması üçün o, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Azərbaycanda təhsilalan xarici vətəndaşlar bələdçilik edə bilməzlər. Bələdçilik birbaşa turizmlə bağlı məsələdir. Turizmin inkişafı bir tərəfdən güclü infrastrukturun qurulması, müasir otel və istirahət mərkəzlərinin yaranması ilə şərtlənirsə, digər tərəfdən ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün bələdçilərin öhtəsinə ağır bir vəzifə qoyur.