Bələdçilərin hazırlanmasında universitetlərin rolu
böyükdür. Xüsusilə də, xarici dil səviyyəsi yüksək
olan universitetlər - Bakı Slvayan, Dillər və Bakı
Dövlət Universiteti bu işin öhtəsindən yaxşı gəlir.
Azərbaycanda yüksək ixtisaslı bələdçilərin
hazırlanması hazırda Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycan Turizm və Menecment
universitetinin və digər müvafiq qurumların
qarşısında duran ən vacib vəzifələrdən biridir. Bu
səbəbdən Nazirlik mövcud problemləri aradan
qaldırmaq və fəaliyyəti təkmilləşdirmək üçün mövcud tədbirlər planı hazırlayıb.
Bələdçi lisenziyası almaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Turizm və Menecment universitetinin birgə təşil etdiyi kurslardan keçərək, atestasiya komissiyasının
imtahanından məqbul qiymət almaq lazımdır.
1.4. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
Tomas Kukun təşkil etdiyi səyahət trayektoriyasını dünya xəritəsindəgöstərin.
• Üç qrupa ayrılaraq ilk insan
sivilizasiyalarının yarandığı ölkələri
siyahılaşdırıb, onları dünya xəritəsində göstərin.
• Turizmin tarixi inkişaf mərhələrinin
təşəkkül tapdığı əraziləri siyahılaşdırın və onları
dünya xəritəsində göstərin.
• Azərbaycana gəlmiş səyahətçilərin
adlarını çəkin və gəzdikləri ölkələri dünya
xəritəsində göstərin
• Düşünün ki, siz turizm məkanlarından
birinə ekskursiya təşkil etmisiz. Həmin məkanda yerləşən obyektlərin nümayişini (şəkillərdən
istifadə etməklə) rollu oyunlarla göstərin.