2.1.1.
EKSKURSİYANIN ƏSAS ƏLAMƏTLƏRİNİ MÜƏYYƏN EDİR
EKSKURSİYANIN FUNKSİYALARI VƏ ƏLAMƏTLƏRİ
Ekskursiyanın funksiyası, onun əsas xüsusiyyətidir. Ekskursiyanın diapozonu çox geniş olur və demək olar ki,
hər bir ekskursiya dərketmə, təhsil, məlumat, tərbiyə, elmi təbliğat, asudə vaxtın təşkili, mədəni bilik
dərəcəsinin genişləndirilməsi və s. funksiyaları yerinə yetirir.
Xüsusiyyət dedikdə, əşyalarm və hadisələrin bir-birindən seçilən və ya oxşar cəhətlərinin olduğu nəzərdə
tutulur. Bütün ekskursiyalar üçün ümumi xüsusiyyətləraşağıdakılardır:
1.
Vaxt ölçüsü - 45 dəqiqədən bir sutkayadək;
2.
Ekskursiya iştirakçılarının olması (qrup və ya fərdi);
3.
Ekskursiya aparan bələdçinin olması;
4.
Əyanilik, ekskursiya obyektlərinin yerləşdiyi yerə baxış keçirilməsi;
5.
Ekskursiya iştirakçılarının öncədən tərtib olunmuş marşrut üzrə hərəkəti;
6.
Obyektlərin məqsədyönlü nümayişi, aidiyyəti üzrə müəyyən mövzunun olması;
7.
İştirakçıların aktiv fəaliyyəti (obyektin müşahidə edilməsi, öyrənilməsi və tədqiqi).
Sadalanan xüsusiyyətlərin hətta biri çatışmadıqda keçirilən tədbiri ekskursiya adlandırmaq olmaz.
Ümumi xüsusiyyətlərdən başqa, hər bir ekskursiya növünün öz spesifik xüsusiyyətləri də vardır:
a) avtobusla keçirilən ekskursiyalarda:
-
avtobusun aşağı sürətlə hərəkəti zamanı obyektlərin nümayişi;
-
avtobus müvəqqəti dayandığı zaman, avtobusdan düşmədən obyektlərin nümayişi;
-
ekskursiya iştirakçılarının avtobusdan düşərək obyektlərə baxış keçirilməsi;
b) muzey ekskursiyalarında stenddə nümayiş etdirilən materiallarla tanışlıq;
c) istehsalat ekskursiyalarında - işləyən obyektlərin (dəzgah, aqreqat, mexanizm) nümayişi.
Ekskursiyaçı və gidin təkidi ilə obyektlərə səthi, başdansovdu baxış başqa-başqa anlayışlardır. Nümayiş
obyektlərinin geniş dairəsi, çoxplanlı mövzular, ekskursiya aparma metodikasının lazımi səviyyədə işlənib
hazırlanması, ekskursiyaya müəyyənfunksiyaları yerinə yetirməyə imkan verir. Bu funksiyaların hər biri
insanın tərbiyəsində və təhsilində böyük rol oynayır.
Mədəni-maarif işinin hər bir formasının öz fərqləndirici xüsusiyyətləri var. Ekskursiyanın əsas xüsusiyyəti
- yüksək dərəcədə vətənpərvərlikdir. Digər mühüm xüsusiyyətlər isə müxtəlif növ ekskursiyalar üçün eyni
deyildir. Məsələn, avtobus və piyada, istehsalat və muzey. Amma qeyd etmək lazımdır ki, yuxarıda sadalanan
xüsusiyyətlər hər bir ekskursiya növü üçün məcburidir.