2.2.1. EKSKURSIYANIN TƏSNİFATINI SADALIYIR
EKSKURSİYANIN TƏSNİFATI
Ekskursiyaların təsnifatı (klassifıkasiyası) - obyektlərin, hadisələrin, anlayışların ümumi
xüsusiyyətlərindən asılı olaraq, dərəcələrə, hissələrə, siniflərə bölgüsüdür.
Ekskursiya xidməti həm müstəqil (məsələn, istirahət evlərində, klublarda, məktəblərdə), həm də
turizm xidmət kompleksinin hissəsi kimi (turizm firmalarında) göstərilir.
Hazırda ekskursiyaların təsnifatı aşağıdakı göstəricilərə əsasən aparılır:
1. Məzmununa; 2. İştirakçıların tərkibinə və sayına; 3. Keçirildiyi yerə; 4. Hərəkət üsuluna; 5.
Müddətinə; 6. Keçirmə üsuluna. Hər qrupun özünəməxsus komponenti*, spesifikası və xüsusiyyətləri
vardır.